Flora Xəlilzadə

Son güncelleme: 15.03.2010 00:21
  • Həyatı

    Flora Xəlilzadə Zəngəzur mahalının Sisian (Qarakilsə) rayonunun Urud kəndində anadan olub.Vağədi kənd orta məktəbini bitirdikdən sonra ADU-nun jurnalistika fakültəsində oxuyub. 1977-ci ildə oranı bitirib. Azərbaycan təbiəti jurnalı nda, "Azərbaycan müəllimi","Azərbaycan" qəzetlərində işləyib.Bir müddət Azərbaycan qadını jurnalı nın redaktoru olub.Hal-hazırda Azərbaycan qəzeti nin mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışır.

    1972-ci ildən respublika mətbuatında publisistik və bədii yazıları dərc olunur.Peşakar jurnalist kimi mətbuatda çalışdığı 30 il müddətində yüzlərlə elmi,ədəbi,publisist,tənqid i məqalələrin və 12 kitabın müəllifidir.Azərbaycan Yazıçılar Birliyi nin və Azərbaycan Jurnalistlər Birliyi nin üzvüdür.Bir çox mükafatlara laiq görülmüşdür.
    1 Prezident İlham Əliyev in sərəncamı ilə Tərəqqi medalı.
    2 Türkiyə Diyanet Vaqfı nın türkdilli xalqlar arasında keçirdiyi "Peyğənbərin nəthi" yarışmasında Türkiyədə aldığı Beynəlxalq mükafat.
    3 Azərbayca Jurnalistlər Birliyi nin təsis etdiyi Həsənbəy Zərdabi mükafatı.
    4 KİV həmkarlar ittifaqı nın "Qızıl qələm" , " Xan qızı Natəvan" , "Səməd Vurğun-90","Şərəf" və "İnam" mükafatları .
    5 Respublika Mətbuat Fondu nun Dan ulduzu mükafatı (iki dəfə).
    6 Qorqud Assosiasiyası nın təsis etdiyi Məmməd Araz mükafatı .
    7 Nabat xanım adına xeyriyyə cəmiyyəti nin təsis etdiyi Nabat xanım mükafatı.
    8 Lider Qadınlar İçtimai Birliyi nin təsis etdiyi Salatın Əsgərova mükafatı .
    9 Yazdığı "Yolum düşə Zəngəzura" kitabına " Yeni Yazarlar və Sənətçilər Qurumu " tərəfindən 2007-ci ilin publisistik-sənədli kitabı adına laiq görülmüşdür.
    10 2007-ci ildə Jurnalist Qadınlar Assosiasiyası tərəfindən ilin qadın jurnalisti elan olunub.
    Ailəlidir, 2oğlu 2 nəvəsi var.
#15.03.2010 00:21 0 0 0