Mahir Rüstəmov,22 oktyabr 1976-ci ildə Yardımlının Gölyeri kəndində anadan olub. Özünün dediyinə görə, qəzetin yaranma tarixi ilə ad gününün üst-üstə düşməsi təsadüfdir. 1997-ci ildə, tələbə oğlanın rəhbərlik edəcəyi idman qəzeti əslində oktyabrın 14-də işıq üzü görməliymiş, amma nədənsə işlər ləngiyib və «Futbol+»in ilk sayı oktyabrın 21-də çıxıb.
M.Rüstəmov orta məktəbin ilk üç sinfini doğma kəndində oxuyandan sonra təhsilini qonşu Şıxlar kəndində davam etdirib. 1993-cü ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti nin jurnalistika fakültəsinə daxil olub. 1997-ci ildə bakalavr, 1999-cu ildə isə magistr dərəcəsini bitirıb.
Tələbəlik illərindən jurnalist fəaliyyətinə başlayıb, rəhmətlik Ağamalı Sadiqin vaxtında Müxalifət qəzeti ndə ilk təcrübələr keçib. Cağ qəzeti, Zaman qəzeti və Şərq qəzeti qəzetlərindəki fəaliyyətindən sonra müəllimi Zeynal Məmmədli nin çalışdığı Press fakt qəzeti a keçərək peşəkarlığını artırmağa çalışıb, «525-ci qəzet»də reportyor kimi işləyib. Daha sonra isə «Futbol+» erası başlayıb...