Müşfiq Çobanov

Son güncelleme: 15.03.2010 00:24
  • Çobanov Müşfiq Mədəd oğlu (Müşfiq Borçalı) - jurnalist

    Həyatı

    Müşfiq Çobanov 22 yanvar 1970-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanin Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. 1986-cı ildə Darbaz kənd orta məktəbini əla qiymətlərlə - Gürcüstan Təhsil Nazirliyinin Fəxri Fərmani ilə bitirib və elə həmin il A.S.Puşkin adina Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinin Azərbaycan bölməsinə daxil olub.

    O, eyni zamanda ictimai peşələr fakültəsinin jurnalistika fakültəsində təhsil alib. 1988-1989-cu illərdə əsgəri xidmət borcunu şərəflə yerinə yetirib. 1990-cı ildə Bakıya köçüb və Nəsirəddin Tusi adina Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini davam etdirib. 1992-ci ildə ali məktəbi Fərqlənmə Diplomu ilə bitirib və Azərbaycan Texniki Universitetində əmək fəaliyyətinə başlayıb. Əvvəlcə "Ziya" qəzetinin müxbiri, bir az sonra məsul katib, daha sonra isə ədəbi redaktor vəzifələrinə təyin olunub.

    1993-cü ildə Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı təsdiq olunub. 1993-cü ildən "Təhsil" qəzetinin baş redaktoru, 1995-ci ildən "Azad Azərbaycan" və "Şərqin səsi" qəzetlərinin baş redaktoru vəzifələrinə irəli çəkilib. "Ağır elli Borçalı" (1990), "Çağdaş Borçalı ədəbi məktəbi" (1994), "M.P.Vaqif və Gürcüstan" (1995), "Azərbaycan şəxs adları" (1995), "Məhəbbət həyatdır" (1996), "Gürcüstanda Azərbaycan mətbuatı" (1997), "Borçalı aşıqları" (İsmayıl Ömərovla həmmüəllif, 1998), "Dədə Qorqud-1300" (1998,2000), "Borçali şəhidləri" (2000), "Borçalı ensiklopediyası"-III c. "Borçalı ulduzları" (2002), "Borçalı ensiklopediyası"-IV c. "Borçalı həkimləri" (2004) və s. kitablari işıq üzü görüb.

    Azərbaycan Respublikası Milli Məclisinin Təhsil və Mətbuat haqqında qanunlar hazirlayan işçi qrupunun üzvü olmuş və qanunlarin hazirlanmasinda yaxindan iştirak etmişdir.

    Azərbaycan Gənclərinin, Azərbaycan Müzllimlərinini və Azərbaycan Jurnalistlərinin Qurultaylarinin nümayəndəsi olmuşdur.

    Hazirda Azərbaycan Respublikasi "Təhsil" Mərkəzinini və "Borçalı" Neşriyyatının Baş direktoru, "Tehsil", "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin baş redaktoru və AzTV-nin redaktorudur. AzTV-də yayımlanan "Dastan", "Yazı", "Sazin-sözün sehri", "Borçalı elləri" və s. verilişlərin ssenari müəllifi və redaktorudur.

    Dəfələrlə Fəxri Fərman, Fəxri diplom və mükafatlarla təltif olunub.
#15.03.2010 00:24 0 0 0