Ötən gün Azərbaycanın Masallı rayonu ərazisində bir qız uşağı tapılıb.
Masallı Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, təqribən 2 yaşında olan bu uşaq rayonun Lürən kəndində aşkarlanaraq rayon polis şöbəsinə gətirilib. Polis uşağı Masallı Mərkəzi Rayon Xəstəxanasına (MRX) təhvil verilib. MRX-dən APA-nın yerli bürosuna uşağın müayinə olunduğu və səhhətində heç bir problemin aşkarlanmadığı bildirilib.
Hazırda Masallı polisi uşağın və valideynlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirləri davam etdirir.