Qənirə Ataşova - jurnalist, ssenari müəllifi, ANS TV-nin əməkdaşı.
Həyatı
Qənirə Ataşova 1979-cu ildə Neftçala rayonun Aşağı Surra kəndində anadan olub. 1996-cı ildə orta məktəbi bitirərək elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinə daxil olub. Texniki sahədə təhsil aldığı müddətdə yaradıcı işə, xüsusi ilə jurnalistikaya böyük maraq göstərib. Məhz bu maraq sayəsində ANS-də işləmək şansı əldə edib. Onun jurnalistikaya gəlməsində tanınmış jurnalist Sevil Nuriyevanın da xüsusi rolu olub. ANS-ə işə qəbul olunduqdan sonra isə jurnalist dərslərini də elə burda alıb. Stajçı müxbir kimi işə başlayan Qənirə Ataşova bu kanalda baş aparıcı-redaktor vəzifəsinədək yüksəlib. Müxtəlif vaxtlarda dövrünün tarixi hadisələrində jurnalist kimi fəal iştirak edib. ANS-də "80 kilometr yerin altı ilə" filmini hazırlayıb, "Nəzər Nöqtəsi" və "Xəbərçi" proqramlarında aparıcılıq edib. Hazırda "Xəbərçi"də çalışır.