İsmayıllı rayonunda oğul atasını güllələdi

Son güncelleme: 15.03.2010 10:49
  • Oğul atasına sərxoş vəziyyətdə ov tüfəngindən atəş açıb

    İsmayıllı rayonunda oğul atasını güllələyib. APA-nın Şirvan bürosunun xəbərinə görə, rayonun Qalıncaq kənd sakini, 1942-ci il təvəllüdlü Məcidov İlyas Araz oğlu martın 15-də gecə saat 01.30 radələrində üz və ayaq nahiyəsindən güllə yaraları ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsində yerləşdirilib.


    İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində İlyas Məcidovun oğlu - 1976-cı il təvəllüdlü Mais Məcidov tərəfindən güllələndiyi məlum olub. Mais Məcidov saxlanılıb. Məlumata görə, oğul atasına sərxoş vəziyyətdə ov tüfəngindən atəş açıb. Əvvəllər də bir neçə dəfə məhkum olunmuş M. Məcidovun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.

    LENT.AZ
#15.03.2010 10:49 0 0 0