Maşın 2 piyadanı vurdu: bir ölü, bir yaralı

Son güncelleme: 15.03.2010 10:50
  • Avtomobil iki piyadanı vurub və nəticədə piyadalardan biri hadisə yerində ölüb.

    Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata əsasən, hadisə martın 14-ü Nobel prospektində baş verib.

    Elvin Ağayev idarə etdiyi minik avtomobili ilə Aydın Rüstəmov və Ziyad Abışov adlı iki piyadanı vurub. Aydın Rüstəmov hadisə nəticəsində ölüb, Ziyad Abışov isə Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib.

    Vüqar Baba

    LENT.AZ
#15.03.2010 10:50 0 0 0