Çiyni kəndi Ağsu rayonun qədim və keçmiş tarixə malik olan kəndlərindən biridir. Çiyni kəndinin (təxminən 1814-1823-cü illəri əhatə edir)2 və 2 əsr yarıma yaxın tarixi vardır. Bu kəndin də Ağsu rayonunun inkişafında o, biri kəndlər kimi, çox böyük rolu var. Çiyni kəndi Ağsu Kürdəmir magistiral yolunun 12 km-liyində yoldan 5-6 km aralıda yerləşir. Kənd həmçinin öz milli adət-ənənələrin də saxlamaqda davam edir. Kəndin əsas təsərrüfat fəaliyyəti əkinçilik və maldarçılıqdan ibarətdir. Çiyni kəndində taxılçılıq, maldarlıq, tərəvəz və meyvəçilik geniş inkişaf etmişdir. Bunu da qeyd eləmək lazımdır ki, Çiyni kəndində sosial-iqtisadi inkişaf prosesi özünü kənd təsərrüfatında göstərmişdir. Buna misal olaraq kəndin ətrafında salınmış Nar və Üzüm bağlarını göstərmək olar. Çiyni kəndi getdikcə abadlaşır, gözəlləşir və işıqlanır. Bu da axır vaxtlar Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin göstərdiyi qayğıdan irəli gəlir. Çiyni kəndində təhsili təkmilləşdirmək üçün yeni salınmış Ümümtəhsil Orta Məktəb, dini adət-ənənələrmizi qoyuyub saxlamaq məqsədi ilə Məcid də tikilmişdir. Həmçinin kəndin yolları yenidən asfaltlanıb yenidən kənd camahatının rahatçılığı üçün verilmişdir.