İsmətli

Son güncelleme: 16.03.2010 00:51
  • XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüşdür. Rusiya imperiyası daxilində qalan hissənin əhalisi 1914-cü ildə Rusiya imperiyası cənub sərhədlərini keçilməz etdikdən sonra sərhəddən 20-40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. Elə həmin vaxtlarda hazırkı İsmətli kəndinin ərazisində də Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı və hansısa tanımadığımız rus familiyası ilə adlandırılan "Konstantinovka" kəndi salınmışdir. Sövet dövründə də kəndin adı dəyişilməz saxlanılmışdır. Yalnız Azərbaycan xalqı dövlət müstəqilliyi qazandıqdan sonra - 1993-cü ildə kənd sakinlərinin tələbi və Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə kəndin adi "İsmətli" adlandırılmışdır. Əhalisinin ümumi sayı 4000 nəfərə yaxındır. Əhalisi əsasən pambıqçılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Hazırda İsmətli kəndində 1 orta məktəb, 1 həkim-ambulator məntəqəsi və klub fəaliyyət göstərir.
#16.03.2010 00:51 0 0 0
  • İsmətli Konusuna Benzer Konular
  • Böyle bir şey olamaz.! Hiç alakalı konu bulamadık.