Möhtərəm Müsəlmanlar, hamımızın özümüzə soruşacağımız və mütləq cavabını da tapacağımız bir sual var.
Bu sual, MƏN NƏ ÜÇÜN YARADILDIM?
Bu problemin ən doğru cavabını Qurani Kərim verir. Cavabı öyrənmək üçün dərhal Quranı açıb Zariyat Surəsi, Ayə: 56a baxaq. Rəbbimiz buyurur ki:
"Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!"
Başa düşdünüz yaradılışımızın məqsədini: Yaradılış məqsədimiz Allaha ibadət etməkdir.
Yaxşı, ibadət nədir?İbadət dəyincə namaz, oruc, həcc, zəkat ağla gəlir. Bunlar ibadətlərin təməlidir. Lakin Allah üçün edilən və edilməyən hər şey bir ibadətdir. Bir Müsəlman qarşılaşdığı adama təbəssüm etsə bu bir ibadətdir, zinaya yaxınlaşmarsa, bu da bir ibadətdir. Deməli, bütün ibadətlərdə əsas olan təslimiyyətdir. İbadətlər "bu faydalıdır" deyə deyil, Allah (c. c.) əmr etdiyi üçün edilir. İbadət həzzi də burada gizlidir. İbadətin mənfəətə söykənməsi ondan hasil olan sevinci yox edir.
Zəmanəmizdə bəzi Müsəlmanlar Allaha ibadəti arxa plana ataraq, həlaka aparan bu hədəflərə yönəlirlər:
1- Heç ölməyəcəkmiş kimi arzuların arxasınca qaçmaq.
2- Çox qazanmaq, varlı olmaq, rifahlı, komfortlu bir həyat sürmək.
3- Bol yemək, çox gəzib əylənmək.
4- Bahalı və qiymətli əşyalarla lovğalanmaq.
5- İnsanlar arasında şöhrət sahibi olmaq.
6- Mövqe ehtirasıyla yaşamaq.
Allahın heç bir quluna şəhvətə, şöhrətə və sərvətə görə ibadət etmək yaraşmaz. Səhv həyat içində olanlar doğru yolda olduqlarını iddia edə bilərlərmi? Əsla edə bilməzlər...
Sərvətlərin, şöhrətlərin, şəhvətlərin... dörd rükətlik bir səhər namazı qədər qiyməti olmadığını idrak edəbilənlər Allaha ibadətdən qaça bilməzlər. Qaçanlar pozğunlaşanlardır.
Möhtərəm Müsəlmanlar!
Bütün varlıqlar Allaha ibadət üçün yaradılmışdır. İnsanların bir qismiylə, cinlərin bir qisminin xaricindəki bütün varlıqlar yaradılışlarının məqsədlərini yerinə yetirirlər.
Bizlər də yaradılış məqsədimizi yerinə yetirək. Çünki ibadətlər:
1- Allahı zikr etmək vəsiləsidir.
2- Allah yanında dəyər qazanmaq səbəbidir.
3- Könüllərimizdə Allah sevgisini qüvvətləndirər.
4- Xoş olmayan hər şeydən uzaqlaşdırar.
5- Əsrin xəstəliyi stressdən qoruyar və qurtarar.
6- İnsan üçün dinclik və xoşbəxtlik qaynağı olar.
7- Həyatımızı nizama salar.
Rəbbimiz Qurani Kərimdə buyurur ki: "Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!)" (Həcc surəsi. Ayə: 77)