Xudayarlı

Son güncelleme: 16.03.2010 14:12
  • Xudayarlı - Azərbaycanın Cəbrayıl rayonunda kənd/qəsəbə.

    Tarixi

    Kənd öz adını Xudayar yüzbaşı Çələbiyanlıdan alıb. O, 1799-cu ildə Qaradağ vilayətinin Çələbiyanlı elində öz adı ilə adlanan оbada anadan оlmuşdu. Bəzi bilgilərə görə Şərəfabad şamı deyilən yurdda dünyaya gəlib. Mоlla yanında оxumuşdu. Atasından sоnra оbalarına yüzbaşılıq еtmişdi. Xudayar yüzbaşı 1835-ci ildə Çələbiyanlı elinin bir neçə obası ilə Qarabağa gəlmişdi. Hələ Qaradağdan tanıdığı Cəfərqulu xan Məhəmmədhəsən ağa oglu Sarıcalı-Cavanşirə (Cəfərqulu xan Nəvaya) müraciət etmiş, ondan Diridağını almışdı. Burda qışlaq qurmuş, yayı yaylaqda keçirmişdi. Adi bir yüzbaşı olmasına baxmayaraq bir sıra görkəmli adamlarla dostluq etmişdi. İran şahının vəliəhdi Abbas mirzə Naibəssəltənə onu şəxsən tanıyırmış. II Rus-İran savaşında şahzadənin tapşırıqlarını yerinə yetirmişdi. Abbas mirzənin vəfatından sonra Qaradağ hakimi ilə yola getməmiş, Qarabağa mühacirət etmişdi. Qarabağda heyvandarlıqla məşğul olmuş, hakimin xahişlərinə baxmayaraq geri qayıtmamışdı. Xudayar yüzbaşı 1870-ci ildə vəfat edib. Xudayar yüzbaşı Şərəfnisə xanımla ailə qurmuşdu. Mustafa (1830-?), Əsədulla (1832-?), Fərəculla (1839-?), Əmənulla (1842-?) adlı оğulları, Hürnisə və Gülnisə adlı qızları vardı.Kəndin aparıcı tayfası onun törəmələri idilər.

    Xudayarlı obasından Əziz Fərəc yüzbaşı oğlu çar zabiti idi. Teymur Fərhad oğlu I Dünya müharibəsində iştirak etmişdi.

    Tayfaları

    Xudayarlı, Hacıabasəlilər, Abışlı, Hacıhüseynli...


    Tarixi abidələri

    Kənddə anaxaqanlığı dövründən qalma Mazan nənə türbəsi, Qız qalası (Cəbrayıl) istehkamı, Dirili Qurbaninin məzarı, Mərmər ana türbəsi və başqa tarixi abidələr qərar tuturdu.
    Qızqalası istehkamı

    Mədəniyyəti

    Azərbaycan aşıq şeirinin babası Dirili Qurbani, Dirili Surxay əslən bu kəndəndirlər.
#16.03.2010 14:12 0 0 0
  • Xudayarlı Konusuna Benzer Konular
  • Böyle bir şey olamaz.! Hiç alakalı konu bulamadık.