Aşağı Aybasanlı - Füzuli

Son güncelleme: 16.03.2010 14:18
  • Aşağı Aybasanlı - Azərbaycanın Füzuli rayonunda kənd. Hal-hazırda Ermənistan ordusunun işğalı altındadır. Təxminən 200-250 evdən ibarət idi.

    Tarixi

    1823-cü ilə bağlı rus qaynağında Hacılı icmasına bağlı olan obalardan biri olan Aybasanlı, eləcə də Seyidəhmədli, Qorqan, Şükürbəyli Mirzəcamallı,Gecəgözlü, Ələsgərli obalarına aid ayrıca bilgi yoxdur. Olan bilgilər yalnız Hacılı icması haqqındadır. Sonrakı 1842, 1849, 1863, 1873, 1886-cı illərdəki Aybasanlıi obasına aid olan bilgilərdə də onun Aşağı və ya Yuxarı olduğu göstərilmir. Həmin vaxtlar hər iki kənd bir yerdə - Aşağı Aybasanlının yerləşdiyi ərazidə imiş. Sonralar rayon mərkəzinə yaxın olmaq üçün bir çox ailələr ora köçmüş, orada məskunlaşmış və beləliklə də Yuxarı Aybasanlı kəndi yaranmışdır. Təsadüfü deyildir ki, indinin özündə də hər iki kəndən olan çox yaxın qohumlar vardır.
#16.03.2010 14:18 0 0 0