Yuxarı Seyidəhmədli kəndi - Azərbaycanın Füzuli rayonunda kənd. Hal-hazırda Ermənistan ordusunun işğalı altındadır. Təxminən 150-200 evdən ibarət idi.
Yuxarı Seyidəhmədli kəndi Quruçayın sol sahilindən təxminən 2 km aralıda yerləşirdi və rayonun iri kəndlərindən biri idi.
Yuxarı Seydəhmədli kəndinin torpaqları məhdud idi - az idi. Çünki həmin kənd hər tərəfdən yaxın məsafədə digər kəndlərlə qonşuluqda idi. Yuxarı Seydəhmədli şimaldan Merdinli, qərbdən Mahmudlu, cənub-qərbdən Aşağı Aybasanlı, cənubdan Qorqan, şərqdən isə Aşağı Seydəhmədli kəndləri ilə əhatə olunmuşdur. Odur ki, həmin kəndlərin bəzi şəxsləri həmişə mal-qaralarını otarmağa yer olmadığını deyər, biçənəklərinin, əkin yerlərinin olmamasından narazılıqlarını bildirərdilər. Onların əsas davaları isə çox vaxt həmişə Aşağı Aybasanlı adamları ilə düşərdi, çünki onların əsas çıxış yolu məhz o tərəfdən idi. 1960-cı illərdə Yuxarı Seydəhmədli kəndinin 4 tərəfi pambıq, 1970-80-ci illərdə isə üzüm əkin sahəsi olduğundan, doğrudan da camaatın şəxsi mal-qarasını otarmaq və saxlamaq üçün imkanları az idi. O biri kəndlərdə - Aşağı Aybasanlı və Qorqanda isə nisbətən vəziyyət yaxşı idi. "Qarasuyun qırağı", "40 hektar" adlanan ərazilər mal-qara saxlamağa yaxşı imkan yaradırdı.