Linkin Park

Son güncelleme: 16.03.2010 15:05
  • Linkin Park Kaliforniya musiqi qrupu (Nu-Metal və Repkor janrları, habelə Alternativ Rok). İki Qremmi mükafatına layiq görülmüşdür. 1996 ildə Aqura-Hills şəhərində yaradılmış Linkin Park kimi 1999 ildən tanınmışdır. Debyut albomu "Hybrid Theory" 2005 ildə brilyant sertifikatlaşdırılmışdı. "Collision Course" albomu Jay-Z ilə meydana gəldi. 2002 il "Reanimation" albomu remikslərdən ibarətdir. Studiya albomları: "Hybrid Theory" (2000), "Meteora" (2003) və "Minutes to Midnight"-dır (2007).

    Əvvəlcə "Xero" adlandıran qrup Mark Ueykfild tərk etməsindən sonra Arizona vokalisti Çester Benninqton'u götürmüşdür. "Hybrid Theory" adını almış qrup sonra onu Linkin Parka dəyişdi, Santa-Monikadakı Linkoln Parkına görə. Leybllər tərəfindən çoxlu rədd cavabı almış Linkin Park Ceff Bluya müraciət etdi. 1999 ildə qrup Warner Bros. Records-la müqavilə imzaladı. 2000 il oktyabrın 24-də Linkin Park musiqi prodüser Don Gilmor tərəfindən redaktə edilmiş "Hybrid Theory" debyut albomu buraxmışdı. Həmin ildə albomun 4,8 milyondan çox nüsxə satılmışdır. "Hybrid Theory" 2001 ilin ən yaxşı satılan albom olmuşdur. Bir neçə sinql isə filmlərdə işlədilmişdir. "In the End" mahnısı isə MTV-nin Best Rock Video and Best Direction Awards qazandı. 2001 il noyabrında Linkin Park "Frat Party at the Pankake Festival" adlandırılmış öz ilk DVD buraxmışdı. 2003 il martın 25-də debyut etmiş ikinci albom "Meteora" ABŞ-da və Böyük Britaniyada 1-ci, Avstraliyada 2-ci yer tutmuşdur. "Metallica" Linkin Parkı Summer Sanitarium Tour-da 2003 çıxış etməyə dəvət etdi, "Limp Bizkit" və "Deftones"-la bir yerdə. Bir çox xeyriyyə aksiyalarında iştirak etmiş Linkin Park 2004 il Çarli və 2005 il Katrina qasırğalarının tələfatlarına yardım göstərdi. Qrup həmçinin Live 8 xeyriyyə konsertində çıxış etmişdir. Qrub həmçinin 2009-cu ildə Transformer filminin soundtrackını (New Divide) hazırlamışdır. Mahnı çox böyük rəğbət qazanaraq Billboard 100 sıralamasında 43-cü yeri tutub.

    Mükafatlar

    * 2002, 2006 - Qremmi ("Crawling" və "Numb/Encore"-ya görə)
    * 2002, 2003 - MTV Video Music Awards ("In the End", "Somewhere I Belong" və "Breaking the Habit"-a görə)
    * 2003, 2004, 2007 - American Music Awards
    * 2002, 2003, 2004 - MTV Asiya Mükafatı ("Pts.OF.Athrty", "Breaking the Habit" videoları və başqa kateqoriyalarda)

    Albomlar

    * Xero Sampler Tape (1997)
    * Hybrid Theory EP (1999)
    * Hybrid Theory (2000)
    * Reanimation (2002)
    * Meteora (2003)
    * Collision Course (2004)
    * Minutes to Midnight (2007)

    DVD/VHS

    * Frat Party at the Pankake Festival (2002)
    * The Making of Meteora (Limited Release) (2003)
    * Live in Texas (2003)
    * Breaking The Habit (2004)
    * Collision Course (2004)
    * Minutes To Midnight (2007)
#16.03.2010 15:05 0 0 0