Metallica Amerikan thrash metal qrupudur. Kaliforniya ştatının Los-Anceles şəhərində 1981-ci ildə formalaşmışdır. Təbilçi Lars Ulrich tərəfindən maraqlı bir şəkildə bir qəzet elanıyla əsası qoyulmuş Metallicanın ilkin heyəti Ulrich-dən, ritm gitaraçı, vokalist James Hetfielddən, aparıcı gitaraçı Dive Mustaine-dən və bassist Ron McGovney dən ibarət olmuşdur. McGovney və Mustaine sonra qovulmuş və gitaraçı Kirk Hammett və bass gitaraçı Cliff Bertonla əvəz edilmişlər. Mustainenin qovulması sonralar onun və Metallicanın aralarında düşmənçiliyin yaranması ilə nəticələnmişdir. 1986-cı ildə, Metallicanın səfər avtobusu nəzarətdən çıxaraq sürüşmüş və Berton bu qəzada faciyəvi şəkildə həlak olmuşdur. Onu daha sonra Jason Newsted əvəzləmiş, lakin o 2001-ci ildə qrupu tərk etmiş və 2003-cü ildə Robert Trujillo ilə əvəz edilmişdir.Onların ilk albomları 1983də işıq üzü görmüşdür. "Kill'em All" adıyla çıxan ilk albom metal dünyasında dəlicəsinə qarşılandı. İkinci albom "Ride the Lightning" ilə qrup Avropada səfərlərə çıxmağa başladı. "Master of Puppets" albomu ilə Metallica thrash metalın zirvəsinə qalxdı və qrup heavy metalın lokomotiv qruplarından biri oldu. Qrup, "And Justice For All" albomu ilə yavaş yavaş yeraltından çıxıb məşhur musiqi janrının tanınmış adlarından biri olmağa başladı. 1991-ci ildə öz adlarını daşıyan "Metallica" albomu qrupu dünyanın ən tanınan metal qrupları arasında möhkəmləndirdi. Sonra gələn "Load" və "Reload" albomları köhnə pərəstişkarları tərəfindən bəyənilməsə də qrupa yeni fanat kütləsi qazandırdı və qrup daha bir çox mükafat qazanıb yoluna davam etdi. Sonralar yazılmış "Garage Inc." və "Symphony & Metallica" ("S&M") albomlarıyla qrup məşhurluğunu qorudu. 2000-ci illərdə Napster iddiası və bas gitaraçı Jason Newstedin qrupdan ayrılması qrupu çox çıxılmaz vəziyyətə saldı. 2003-cü ildə bir vaxtlar Ozzyin (Ozzy Osbourne) bas gitaraçısı olan Rob Trujillo qrupa qatıldı, lakin o zaman yeni albom yazılışları sona çatmaq üzrə olduğundan bas gitara partiyalarını o deyil, eyni zamanda prodüserləri olan Bob Rok ifa etdi. 2003-cü ildə nümayiş olunan son albomları "St. Anger", çiy soundu, qəribə barabanları, Hetfieldin cilasız vokal performansı və heç bir solo olmaması kimi səbəblərlə çox müzakirə edildi və müxtəlif tənqidlərə məruz qaldı. Qrup 2005-ci ilin sonunda prodüserləriylə yollarını ayırdı və bir çox əhəmiyyətli adlarla çalışmış Rick Rubinlə işə qərar verdi. Bu zamanlarda yeni albom işlərini davam etdirməkdə olan Metallicanın daha bir albomunun 2008-ci ildə nümayiş olunması gözlənilir. Qrup məhz 2006-dan bəri verdikləri konsertlərdə yeni albomlarından 2 parça səsləndirməkdədir. Bu parçalar yalniz canlı olaraq "The New Song" və "The New Song 2" adları altında ifa edilmişdir. Bu mahnılarla qrup "Master of Puppets" albomundan əvvəlki sounda dönməyi planlaşdırır. Verdikləri reportajlarda pərəstişkarlarını ikinci bir "St. Anger" faciəsini yaşatmayacaqlarını əminliklə söyləmişlər. Digər tərəfdən Lars Ulrich verdiyi reportajlarda "St. Anger" albomunun əyləncəli olduğunu, pərəstişdən düşmüş bir qrupun ayaqlarını yerə vuruşunu ifadə etdiyini və bu səbəblə də verdikləri ən səmimi albom olduğunu ifadə etmişdir. James Hetfield isə son verdiyi reportajlarda yeni prodüserləri Rick Rubbinin tənqidiylə "Master of Puppets" tərzində bir albom istədiklərini, bunun qeyri-mümkün olmasa da çətin olduğunu açıqlamışdır. Yeni albomun "St .Angerdən" fərqli olacağının vurğulayan Hetfield, "Master of Puppets" keyfiyyətində bir albom hazırlıqlarında olduqlarını ifadə etmişdir. Hetfieldin verdiyi reportajlarda bu albomun melodik soundunun da olacağı ifadə olunur.
Qrupun üzvləri
Mövcud Üzvlər
James Hetfield - ritm gitara, Vokal
Lars Ulrich - Təbil
Kirk Hammett - əsas gitara, Arxa Vokal
Robert Trujillo - Bass Gitara
Köhnə üzvlər / Studiya musiqiçiləri
Lloyd Grant - Solo Gitara ("Kill'em All" əvvəli)
Dave Mustaine - Solo Gitara ("Kill'em All" əvvəli)
Ron McGovney - Bas Gitara ("Kill'em All" əvvəli)
Clifford Lee Burton - Bass Gitara (1982-1986)
Jason Newsted - Bass Gitara (1986-2001)
[redaktə / تحریر] Diskoqrafiya
1983 - Kill 'em All
1984 - Ride The Lightning
1986 - Master Of Puppets
1988 - And Justice For All
1991 - Metallica
1996 - Load
1997 - Reoad
2003 - St. Anger.
Əsl albomları
1983 Kill'em All
1984 Ride the Lightning
1986 Master of Puppets
1987 The $5.98 E. P.: Garage Days Re-Revisited
1988 ...And Justice For All
1991 Metallıca
1996 Load
1997 ReLoad
1998 Garage Inc.
1999 S&M
2003 St. Anger
2008 Death Magnetic
Demo albomları
1982 Ron McGovney's '82 Garage Demo
1982 Power Metal Demo
1982 Nömrə Lifə 'Til Leather
1982 Metal Up Your Ass
1983 Horsemen of the Apocalypse
1983 Megaforce Demo
1984 Ride The Lightning Demos
1985 Master of Puppets Demos
Mükafatlar
Grammy Mükafatları 1989 - 32. Grammy Mükafatları Ən Yaxşı Metal Performans: One 1990 - 33. Grammy Mükafatları
Ən Yaxşı Metal Performans: Stone Cold Crazy 1991 - 34. Grammy Mükafatları
Ən Yaxşı Metal Performans (Vokal Albom): The Black Album (Metallıca) 1999 - 41. Grammy Mükafatları
Ən Yaxşı Metal Performans: Better Than You 2000 - 42. Grammy Mükafatları
Ən Yaxşı Hard Rok Performans: Whiskey In The Jar 2001 - 43. Grammy Mükafatları
Ən Yaxşı Ən yaxşı Metal Albom: St. Anger
MTV Musiqi Video Mükafatları 1992 - Ən Yaxşı Metal Musiqi Videosu: Enter Sandman 1996 - Ən Yaxşı Metal Musiqi Videosu: Until It Sleeps
VH1 Mənim Musiqim Mükafatları 2000 - Ən Yaxşı Səhnə
American Musiqi Mükafatları 1996 - Favorit Metal - Hard Rok Mahnı: Until It Sleeps (1996) 1997 - Favorit : Heavy Metal - Hard Rok: Metallıca - ReLoad
Billboard Musiqi Mükafatları 1997 - Billboard Rok 'n Roll İlin Artisti: Metallıca