Emi Li - vokal

Son güncelleme: 16.03.2010 15:08
  • Tam adı-Emi Lin Li (ing. Amy Lynn Lee)

    Doğum tarixi-13 dekabr 1981,Riversayd,Kaliforniya ştatı,ABŞ

    Mənşəyi-Litl Rok,Arkanzas ştatı,ABŞ

    Janr-Alternativ və qotik rok

    Fəaliyyəti-müğənni,bəstəkar,pianoçu

    Kollektiv-Evanescence

    Leybl-Wind-up records

    Bürcü-Oxatan

    Saçlarının rəngi-tünd şabalıdı,lakin çox vaxt qara rəngə boyayır

    Gözlərinin rəngi-yaşıl

    Emi Lin Hartsler (qız soyadı Li) (Amy Lynn Hartzler) 1981-ci ildə Kaliforniyada anadan olmuş amerikalı müğənni,bəstəkar və pianoşudur.Ona bu adı valideynləri 70-ci illərin populyar mahnısı olan "Amie"-nin şərəfinə veriblər.

    Bioqrafiyası

    Emi Li Litl-Rok şəhərində,musiqiçi ailəsində böyümüşdür.Atası Con Li yerli radioların birində di-cey işləyir.Emi-nin 2 bacısı-Kerri və Lorri və Robbi adında qardaşı var.Onun qardaşı epilepsiyadan əziyyət çəkir,buna görə də Emi Milli Epilepsiya Mərkəzinin nümayəndəsidir və Out of the shadows layihəsini dəstəkləyənlər sırasındadır.Emi-nin 3-ci bacısı 3 yaşında olarkən naməlum xəstəlikdən vəfat edib və Emi "Hello" və "Like you" adlı mahnıları bacısına həsr edib.Buna görə də o bu mahnıları heç bir konsertdə ifa etmir. Emi Li professional pianoçudur,o ömrünün 15 ilini pianoda çalmağı öyrənməyə sərf edib.O,həmçinin 9 il gitara çalmağı da öyrənib.O 2000-ci ilədək Pulaski Akademiyasında (kilsənin nəzdində olan baptist məktəbi) təhsil alıb.Emi etiraf edir ki,məktəb illərində təhsilə başı yaman qarışıb.O məktəb xorunda oxuyub,incəsənət məktəbində də müəyyən müddət təhsil alıb.Əgər Emi məşhur olmasaydı,o musiqi məktəbini bitirib,filmlər üçün musiqi bəstələyəcəkdi. Akademiyanı bitirdikdən sonra Emi Los-Ancelesə köçmüşdür. Qrupun digər üzvü Ben Mudi ilə o 13 yaşında ikən düşərgədə olarkən tanış olmuşdur.Eminin pianodakı ifasını eşidən Ben buna valeh olur və Emi-yə yaxınlaşır.Bununla da Evanescence qrupunun əsası qoyulur.Evanescence haqqında Ilk informasiya dəfə ötən əsrin 90-cı illərinin sonuna aiddir.O vaxtlar qrupun ilk mahnıları olan "Understanding" və "Give unto me" ,habelə "My immortal" və "Haunted"işıq üzü görür.

    Maraqlı faktlar

    - Tori Amos, Nirvana, Michael Jackson, Bjork, Coldplay-i dinləməyi sevir.

    -Ən sevdiyi bayram Helluin-dir.

    -Emi-nin omarlara (omar-onayaqlı,iri dəniz xərçəngi) qarşı allergiyası var.Əgər o təsadüfən omar yesə,komaya düşə bilər.

    -Onun dediyi ilk söz-hot (isti).

    -Boyu 163 sm.

    -Şəkil çəkməyi,gündəlik aparmağı sevir.

    -Emi-nin həyat yoldaşı Coş Hartsler psixiatordur.

    -Devizi-Özünü sev.

    -Uşaqlıqda özünü ölülüyə vurmağı sevirdi.
    [redaktə / تحریر] Amy-nin səsiylə əlaqədar məlumatları

    Səs tipi: Lyric Mezzo-Soprano

    Ən yüksək səs tonu: G5 (Live versions of "Bring me to Life")

    Ən aşağı səs tonu: E3 ("Hello", "Going Under")

    Səs sıralaması: 2.2 oktava
#16.03.2010 15:08 0 0 0