Ovçu Ceyran

Son güncelleme:
  • Ovçu baxışların ildırım kimi,

    Şaxdıqca canları kölə döndərir,

    Kimsəni öldürsə, yaxsada kimi,

    Mənə həyat verir, ümid göstərir.



    Könül quşlarına sallanıb baxmaz,

    Aslan şikarına çıxıb bu ceyran.

    Tərlanda oxundan can qurtaranmaz,

    Yayuva, oxuva, özüvə qurban.





    Oxuva gələndən zavallı sinə,

    Ürək qan içində əl-ayaq çalır,

    O, zalım gözlərdən yalvarım kimə,

    Yolsuz nə dil qanır, nə tanrı tanır.



    Eşqinlə köklənən bu şair könlüm,

    Bir saza dönübdür, mizrabı sənsən,

    Çal gülüm, çal gülüm əlivə dönüm,

    Qoyma, bu səhər saz düşə səsdən.



    Şeirimin pərisi, şeirimin qızı,

    Getmə nəzərimdən, getmə önümdən.

    Qaranlıq gecəmin sənsən ulduzu,

    Bəxtimin ulduzu batar sən getsən.



    Şişmək baxışların şaxdır ustumə,

    Şaxdır, qoy od alsın bu sönək ocaq,

    Məni yandırmaqdan qorxma, çəkinmə,

    Mən yansam, yurdumuz işıqlanacaq.



    Səhənd sinəsidir, dəli ceyranım,

    İçərisin odla, eşiyin odla.

    Qoy eşq atəşində alışım, yanım,

    Ocağın hörməti odladır, odla !

    "Bulut Qaraçorlu (Səhənd)" - 1972
0 0 0