London - Britaniya - Britaniya adaları - Britaniya şəhərləri - Büyük Britaniya şəhərləri - Büyük Britaniya adaları
London (ing. London [ˈlʌndən], lat. Londinium) — Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının, həmçinin İngiltərənin paytaxtı. Britaniya adalarında ən böyük şəhər. Sahəsi 1 706,8 km², əhalisi 8 milyon nəfərdir. Əhalisinə görə dünyada 21-ci, Avropada 2-ci, Avropa İttifaqında isə 1-ci yeri tutur.
Əsası eramızın 43-cü ilində[1] imperator Klavdinin rəhbərliyindəki Roma İmperiyası qoşunlarının Britaniya adalarını ələ keçirməsindən sonra qoyulmuşdur.
Adın mənşəyi
London sözü qədim Roma mənşəli olub latın dilindəki Londinium sözündən götürülmüşdür. Lakin, London sözünün mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur ki, bunlardan dördü daha diqqətəlayiqdir.
1. Latın mənşəli oub, "Lond" sözündən götürülmüşdür ki, bu da "Xam (meşə basmış) yer" mənasını verir.
2. Kelt mənşəli olub, iki sözdən: "Llyn" (göl) və "Dun" (bənd, dayaq): keltlərin zamanında şəhər "Llyndid" adlandırılmışdır.
3. Qədim Avropa mənşəli Plowonida sözündən əmələ gəlmiş və "daşıb-tökülən çay" mənasını daşıyır.
4. Latın mənşəli olub şəxs adından götürülmüşdür və "qüdrətli" deməkdir.
Qeyri-rəsmi adı
İngilislər çox vaxt Londonu The Big Smoke (The Great Smog) adlandırırlar ki, mənası "Nəhəng tüstü" deməkdir. Bu da əlbəttə XIX-XX əsrlərdə Londonun sənaye müəssisələrinin tüstüsü ilə əlaqədardır. Digər qeyri-rəsmi adı isə The Great Wendir. "Wen" - qədim ingilis sözü olub "çiban" (furunkul) deməkdir ki, bu da həddən artıq məskunlaşmış şəhər olmasına işarədir.
İnzibati bölgüsü
London artıq iki min ildir ki, ölkənin paytaxtıdır: əvvəlcə Roma Britaniyasının, sonralar İngiltərə və Böyük Britaniya krallığının. Bütün ingilis və Britaniya kralları əsas etibarilə ölkəni Londondan idarə etmişlər. Hal-hazırda da bütün hakimiyyət orqanları paytaxt Londonun Vestminster rayonunda yerləşir.
Mühafizəkar Boris Conson Londonun hazırkı meridir (5 may 2008-ci ildən). Əvvəlki mer leyborist Ken Livinqston iki müddətə bu vəzifəyə seçilmişdi. London Britaniya parlamentinin İcmalar palatasında 74 deputatla (44 leyborist, 21 mühafizəkar, 8 liberal-demokrat və 1 RESPECT partiyasının üzvü) təmsil olunmuşdur.
Şəhər çox mürəkkəb idarəetmə strukturuna, şəhər və bələdiyyə idarələrinə malikdir. Şəhər idarəsi - Böyük London Admnistrasiyası (ing. Great London Authority, ixtisarla GLA) strateji lahiyələrin hazırlanmasına, şəhərin iqtisadi inkişafına, polisə, yanğın xidmətinə və nəqliyyata, bələdiyyələr isə yerli layihələrə, məktəb, sosial xidmətə cavabdehdir.
Böyük London Admnistrasiyası iki hissədən: icra hakimiyyətini yerinə yetirən merdən və onun səlahiyyətlərini məhdudlaşdırmaq, şəhər büdcəsini təsdiq etmək hüquqlarına malik olan London şəhər assambleyasından ibarətdir.
London boro (ing. borough) adlandırılan 32 bələdiyyə rayonunu və orta əsr idarəçilik ənənəsinə sadiq idarə strukturuna malik olan Sitini özündə birləşdirir. Siti dünyada beynəlxalq valyuta hesablaşmalarının ən böyük mərkəzlərindən biridir. Bu əməliyyatlar və əldə edilən gəlirlər sayəsində London inkişaf etmiş və dünyanın ən varlı şəhərlərindən birinə çevrilmişdir.
Hələ eramızın 140-cı ilində Londonda 30 000, 1300-cü ildə 100 000 və 1801-ci ildə 1 milyon əhali yaşamışdır. 1825-1925-ci illərdə London dünyanın əhalisinə görə ən böyük şəhəri olmuşdur. 2001-ci il siyahıyaalmasına görə şəhərin əhalisi 7 172 091 nəfərdir[2].
Ənənəvi olaraq London müxtəlif din və mədəniyyətlərin qaynayıb-qarışdığı bir şəhərdir. XX əsrin əvvəllərində Londona irlandlar, polyaklar, italyanlar, şərqi Avropa yəhudiləri, eləcə də keçmiş müstəmləkə ölkələrindən (Hindistan, Pakistan, Şri-Lanka və Banqladeş) çox sayda mühacir gəlmişdir.
Əhali sayının piramidaşəkilli qrafiki[3].
Tarix Əhali
50 7 500
140 30 000
200 50 000
300 15 000
400 4 500
500 500
700 5 000
900 5 000
1000 10 000
1100 15 000
1180 40 000
1300 100 000
1350 50 000
1500 125 000
Tarix Əhali
1600 200 000
1650 375 000
1700 575 000
1750 675 000
10 mart 1801 1 096 784
27 may 1811 1 303 564
28 may 1821 1 573 210
30 may 1831 1 878 229
6 iyun 1841 2 207 653
30 mart 1851 2 651 939
7 aprel 1861 3 188 485
2 aprel 1871 3 840 595
3 aprel 1881 4 713 441
5 aprel 1891 5 571 968
Tarix Əhali
31 mart 1901 6 506 889
2 aprel 1911 7 160 441
19 iyun 1921 7 386 755
26 aprel 1931 8 110 358
29 sentyabr 1939 8 615 050
8 aprel 1951 8 196 807
23 aprel 1961 7 992 443
25 aprel 1971 7 368 693
5 aprel 1981 6 608 598
21 aprel 1991 6 679 699
29 aprel 2001 7 172 091
1 iyun 2006 7 512 400
Dini tərkibi
Katolik Vestminster kafedralı
Protestant Müqəddəs Pavel kafedralı
Mərkəzi London məscidi
2001-ci il siyahıyaalmasına görə[4]:
* 58,2% xristian
* 8,5% müsəlman
* 4,1% indus
* 2,1% yəhudi
* 1,5% sikx
* 0,8% buddist
* 0,5% digər dinlər
* 15,8% ateist
* 8,7% naməlum
Xristianların əksəriyyəti Anqlikan kilsəsi (ing. Church of England) icmasına aiddirlər. Yepiskopun iqamətgahı baş kilsə sayılan Müqəddəs Pavel kafedral kilsəsidir (ing. Saint Paul's Cathedral).
Vestminster kafedralı (ing. Westminster Cathedral) İngiltərə və Uelsin baş katolik kilsəsi sayılır. İngiltərə kral evinin protestantlığı qəbul etməsindən sonra uzun əsrlər boyu Londonda katolik kilsəsi olmamışdır. XIX əsrdən etibarən yenidən katolik icması bərpa olunmuşdur. Digər xristian dini icmalarına Birləşmiş reformist kilsə, kvaker və ortodoks kilsəsi aiddir.
London əsasən Böyük Britaniyanın İslam mərkəzi sayılır. Böyük Britaniya müsəlmanlarının 38%-i, təxminən 1 milyon müsəlman Londonda yaşayır. Mərkəzi London məscidi (ing. London Central Mosque) şəhərin ən böyük məscidi sayılır.
[redaktə / تحریر] Paytaxt London
Londonun panoramı
Vestminster sarayı
Vestminster abbatlığı
Pikadilli meydanı
Trafalqar meydanı
Britaniya krallığının mərkəzi sayılan London XIX əsrdən başlayaraq dünyanın müxtəlif ölkələrindən çoxsaylı insan axınına məruz qalsa da, şəhərdə o dövrdə yalnız iki və üç mərtəbəli binalar tikilirdi. XX əsrin əvvəlindən etibarən paytaxt əhalisinin sayının ildən-ilə artmasına baxmayaraq, şəhər yeni qaydalarla çətinliklə ayaqlaşırdı. İngilislər həmişə mühafizəkar olublar, indi də adət-ənənələrə hörmətlə yanaşırlar. Lakin, London sakinləri bəzən varlı şirkətlər qarşısında təslim olurdular. Keçən əsrin ortalarına qədər şəhərin hər bir nöqtəsindən öz hündürlüyü ilə nəzərləri cəlb edən, ser Kristofer Renin layihəsi üzrə tikilən məşhur Müqəddəs Pavel kilsəsi indi "Barbiken" göydələnləri arasında görünməz olub. Hazırda Londonda yeni inzibati binanın tikilməsinə razılıq almaq müşkül məsələdir. Yerli hakimiyyət orqanlarının qoyduğu məhdudiyyətlərə görə, paytaxt şəhərdə tikintinin aparılmasına çox ciddi nəzarət olunur və torpaq sahəsinə də sərt və kəskin limit qoyulub. Londonluların daha çox sevdiyi qədim tikililər və meydanlar - Vestminster sarayı, Vestminster abbatlığı, Trafalqar meydanı, Mell, Karlton Hauz-terras, bir çox yolların qovuşduğu Pikadilli meydanı, Lester meydanı, onları əhatəyə almış məşhur Hayd park və Recent park klassik memarlıq layihələri hesab edilir. Amma yuxarıda adı çəkilən yerlərdə qiymətlər baha olduğu üçün orada yaşayanların sayı çox azdır. Orta səviyyəli londonluların məskunlaşdığı kvartalları ötən əsrin əvvəllərində sıra ilə tikilmiş iki və üç mərtəbəli binalar təşkil edir. Kraliçanın yay iqamətgahı - Vindzor qəsri də bu ərazidə yerləşir. Yay aylarında bura turistlərin böyük axını başlayır.