Elmira İsmayılova - Ermənistan Respublikası

Son güncelleme: 18.03.2010 08:35
  • Elmira İsmayılova - Ermənistan Respublikası - Elmira İsmayılova Ermənistan Respublikası

    İrəvan - Qədim Azərbaycan torpağı. Bu gün Ermənistan Respublikasının paytaxtıdır.

    Tarixi

    Elmira Məhərrəm qızı İsmayılova İrəvanda anadan olub. İrəvan Pedaqoji Universitetinin dil-ədəbiyyat fakültəsində təhsil alıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisasıdır. Xalq artistidir (2007).

    Həyatı

    E.İsmayılova 1968-ci ildə Ermənistan Respublikasının X.Abovyan adına Pedaqoji İnstitutunu bitirmişdir. Elə həmin ildən etibarən o, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyir. E.İsmayılova aktrisa kimi fəaliyyət göstərdiyi 35 il ərzində bir çox müxtəlif janrlı obrazlar yaratmışdır. Onun Humay (S.Rəhman, «Əliqulu evlənir»), Afət (M.Şamxalov «Qaynana»), Qrafinya (U.Şekspir, «Axırı xeyir olsun»), Dilarə (Anar, «Şəhərin yay günləri»), Dilbər xanım (N.Vəzirov, «Hacı Qəmbər»), Oqudalova (A.Ostrovski «Cehizsiz qız»), Smeraldina (K.Qoldoni, «İki ağanın bir nökəri»), Böyükxanım (C.Cabbarlı, «Aydın»), Xala (Ü.Hacıbəyov, «Arşın mal alan»), Nazik (S.Rəhman, «Ulduz») və s. rolları tamaşaçı rəğbətini qazanmışdır. E.İsmayılova «Ömürdən uzun gecə» (Hidayət), «Əkizlərin nağılı» (P.Pançev) kimi televiziya filmlərində çəkilmişdir.

    E.İsmayılova 25 oktyabr, 2000-ci ildə Əməkdar Artist, 2007-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. 2005-ci ildən Prezident mükafatçısıdır.

    Filmoqrafiya

    1. Ömürdən Uzun Gecə (1996)
    2. Bəsdir, Ağlama! (1999)
    3. Bir Anın Həqiqəti (2003)


#18.03.2010 08:35 0 0 0