Heydər Hüseynov - Ermənistan Respublikası - Heydər Hüseynov Ermənistan Respublikası
Tam adı Heydər Nəcəf oğlu Hüseynov
Doğum tarixi 3 aprel, 1908
Doğum yeri İrəvan, Ermənistan
Ölüm tarixi 1950
Ölüm yeri Bakı
Hüseynov Heydər Nəcəf oğlu - tənqidçi, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1945), SSRİ Dövlət mükafatı laureatı.
Həyatı
Heydər Hüseynov 1908-ci il aprelin 3-də Yerevanda meşşan ailəsində anadan olmuşdur. Körpəikən atası vəfat etdiyindən böyük qardaşı və anasının himayəsi altında böyümüşdür. 29 saylı Bakı şəhər orta məktəbində təhsilə başlamış, oranı bitirib Bakı pedaqoji texnikumuna daxil olmuşdur (1924).
Əmək fəaliyyətinə 1924-cü ildən başlamış, pedaqoji texnikumun kitabxanasında işləmiş və repetitor olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ictimai elmlər fakültəsinin qiyabi şöbəsində təhsil almışdır (1928-1931).