Mirzə Qədim İrəvani - Ermənistan Respublikası - Mirzə Qədim İrəvani Ermənistan Respublikası
Mirzə Qədim İrəvani (1825-) rəssam, nəqqaş
Həyatı
Mirzə Qədim Məmmədhüseyn oğlu 1825-ci ildə İrəvan şəhərində anadan olmuşdu. İlk təhsilini üsuli-cədid məktəbində almışdı. Sonra Tiflis şəhərində progimnaziyada oxumuşdu. Təhsilini tamamladıqdan sonra poçt idarəsində teleqrafçı işləmişdi. Meylini rəssamlığa salmışdı. Ornament ustası, portretçi rəssam kimi məşhurlaşmışdı. Mirzə Qədim İrəvani 1875-ci ildə vəfat edib.
Mirzə Qədim İrəvani. Gənc qadının portreti. XIX yüzil
Mirzə Qədimin Ələkbər, Ələsgər adlı oğulları vardı.