Lök dağı - Gürcüstan - Ölkələrinə görə coğrafiya - Dağ qaralamaları - Gürcüstan dağları
Lök dağı - Borçalı bölgəsində hündürlüyü 2141 metrə çatan dağ. Coğrafi baxımdan Gürcüstan Respublikasının Bolnisi və Ermənistan Respublikasının Kalinino rayonlarının sərhədində yerləşir.
Dağın şimal ətəkləri meşələrlə, cənub yamacları subalp, zirvəsi isə alp çəmənlikləri ilə örtülüdür. Şimal ərazisi Borçalının Bolus Kəpənəkçisi kəndinin sakinləri tərəfindən tarixən yay otlaqları kimi istifadə edilmişdir. Zirvəsində tarixi əhəmiyyətli və keçmişi etnik mübahisə obyekti olan məbəd mövcuddur.