Batumi - Gürcüstan

Son güncelleme:
  • Batumi - Gürcüstan - Ölkələrinə görə coğrafiya - Dağ qaralamaları - Gürcüstan dağları - Gürcüstan çayları - Coğrafiya qaralamaları - Azərbaycan çayları - Gürcüstan çayları - Türkiyə çayları

    noimage

    Ölkə

    Flag of Georgia.svg Gürcüstan
    Bölgə

    Adjara Acarıstan
    Əvvəlki adı

    Batum
    Ərazi

    19 km²
    Əhali

    122 500 nəfər (2009)
    Telefon kodu

    +222
    Poçt indeksi (Mərkəzi PŞ)

    6010
    İcra başçısı

    Robert Çxaidze

    Batumi (gürc. ბათუმი;) - Gürcüstanın Qara dəniz limanı və Acarıstan Muxtar Respublikasının paytaxtıdır. Şəhərin əhalisi 122 500 nəfərdir. Turizm mərkəzi olan Batumun əhalisi yay aylarında 400 000 min nəfərə çatır.

    Batumi Zaqafqaziya dəmiryolunun və Bakı neft boru xəttinin qurtardığı əhəmiyyətli liman və ticarət mərkəzidir. Türkiyə sərhədindən 12 kilometr məsafədə yerləşir. Subtropik iqlimə malikdir, sitrus meyvələri və çay yetişdirilir. Neftayırma zavodu və gəmiqayırma sənayesi ilə tanınır.


    Tarixi

    Batumi sözü bu ərazidə yerləşən qədim yunan koloniyası Batisin ("Batis" - dərin, "Batis limen" - dərin liman) adı ilə bağlıdır. Şəhər orta əsrlərə qədər gürcü knyazlıqlarının idarəsində olmuşdur.

    Antik dövrdə İranın suverenliyi altında olan şəhər, əvvəl Pont krallığının daha sonra isə romalıların əlinə keçmişdir. Orta əsrlərdə gürcü knyazlarının hakimiyyəti altına düşən şəhər, XIII əsrdə monqol işğalına uğramışdır.

    1564-cü ildə Sultan Süleyman Qanuni dövründə Osmanlılar tərəfindən ələ keçirilmişdir. 1877-1878-ci illər türk-rus müharibəsi nəticəsində Rusiyanın əlinə keçmişdir. San-Stefano və Berlin müqavilələri ilə şəhər Rusiyanın əlinə keçdi. I Dünya Müharibəsindən sonra Rusiyanın bölgədən çəkilməsi ilə şəhər Brest-Litovsk müqaviləsinə uyğun olaraq Osmanlı Dövlətinə geri verildi. Mudros sülh müqaviləsinin şərtlərinə uyğun olaraq əvvəl ingilislərə, sonra gürcülərə verildi.

    1918-ci ildə qurulan Gürcüstan Demokratik Respublikasının tərkibinə daxil oldu. 1921-ci ilin mart ayında türklər tərəfindən ələ keçirildi, lakin 16 mart 1921-ci ildə imzalanan Moskva müqaviləsinin şərtlərinə əsasən, əhalisi müsəlman acarlardan ibarət olan bölgəyə muxtariyyət verilməsi qarşılığında şəhər Gürcüstana verildi.

    Batumi 16 iyul 1921-ci ildə qurulan Acarıstan Muxtar Sovet Sosiyalist Respublikasının paytaxtı oldu. Qars müqaviləsinə əsasən Sovet Gürcüstanına birləşdirilməsi təsdiqləndi. Bağlanmış müqaviləyə görə Acarıstan Muxtar Respublikasının muxtariyyəti Türkiyə dövlətinin zəmanəti altındadır.

    Gürcüstanın 1991-ci ildə müstəqilliyini elan etməsindən sonra Acarıstan Muxtar Respublikasının rəhbərliyi Aslan Abaşidzenin əlində cəmləşdi. 2004-cü ilin may ayında Abaşidze iqtidarı sona çatdı.

    Bu gün

    Batumi bu gün Gürcüstanın əsas liman şəhəridir. Batumi limanı neft məhsulları daşıyan 80 000 tonluq tankerləri qəbul etmək gücünə malikdir. Bu neft əsasən Azərbaycan, Qazaxıstan və Türkmənistandan gəlir. Əlavə olaraq şəhər regional kənd təsərrüfatı məhsulları da ixrac edir. 1995-ci ildən yük dövriyyəsi artmış və 2001-ci ildə təxminən 8 milyon ton qeydə alınmışdır. Limanın illik gəliri 200-300 milyon dollar arasında qiymətləndirilir.

    2007-ci ildə Gürcüstanın Konstitusiya Məhkəməsi Tbilisidən Batumiyə köçürüldü.
    Batumi teatrı

    Bölmələr

    Batumi Şəhər Bələdiyyəsinin 31 mart 2008-ci il qərarına müvafiq olaraq Batumi şəhəri yeddi hissəyə bölünülür:

    * Köhnə Batumi (ძველი ბათუმის უბანი;)
    * Ximşiaşvili (ხიმშიაშვილის უბანი;)
    * Baqrationi (ბაგრატიონის უბანი;)
    * Ağmaşenebeli (აღმაშენებლის უბანი;)
    * Cavaxişvili (ჯავახიშვილის უბანი;)
    * Tamar (თამარის უბანი;)
    * Boni-Qorodok (ბონი-გოროდოკის უბანი;)[1]


    Görməli yerləri

    Batumi əhəmiyyətli liman şəhəridir. Eyni zamanda tətil mərkəzi olan şəhər botanika bağları və tropik bitkilər baxımından zəngindir.

    Şəhərin görməli yerləri arasında Orta məscid, Acarıstan dövlət muzeyi, Batumi botanika bağı, İsa Məsihin 12 həvariyunundan biri olan Müqəddəs Matveyin abidə məzarının yerləşdiyi Roma dövründən qalma Apsaros qalası, XX əsrdə tikilmiş gürcü memarlığını əks etdirən köhnə poçt binası, Qara dəniz sahilindəki Batumi dövlət parkı, akvarium və sirk sayıla bilər.

    Mədəniyyət

    Batumidəki ən önəmli tədris qurumu 1990-cı ildə açılan Batumi Dövlət Universitetidir.
    Batumi kilsəsi

    İqlim

    Batumidə əsasən subtropik iqlim hökm sürür. Şəhərdə və ətrafında subtropik bitkilər yetişir. Parklar, çay plantasiyaları və sitrus önəmli yer tutur. Batumidə orta illik temperatur 14 °C-dir. Ən soyuq ay olan yanvarda orta temperatur göstəricisi 6 °C, ən isti aylar olan iyul və avqustda isə 22 °C-dir. Batumidə qeydə alınmış ən aşağı temperatur -7 °C, ən yüksək temperatur isə 40 °C-dir.
    Aylar Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İllik
    Orta istilik [°C] 6 7 8 12 16 20 22 22 20 16 12 8 14

    Nəqliyyat

    Yenidən inşa edilən Batumi Beynəlxalq Hava Limanı 2007-ci ildə açılmışdır. Batuminin Maxincauri stansyasından başlayan dəmiryolu xətti Tbilisiyə bağlanır. Bakıdan Batumiyə dəmir yolu ilə getmək mümkündür. 2008-ci il 22 may tarixində yeni Bakı-Batumi-Bakı aviareysi açılmışdır. Yeni aviareysin ilk sərnişini Azərbaycana ikigünlük rəsmi səfərini başa çatdıran Gürcüstan Prezidenti Mixail Saakaşvili olmuşdur. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Gürcüstan dövlətinin başçısına ilk billet və sertifikat təqdim olunmuşdur.
    Batumi məscidi
    [redaktə / تحریر] Əhalinin etnik tərkibi

    Batumi əhalisinin çoxu acarlardan ibarətdir. 2002-ci il siyahıya almasına müvafiq olaraq Batumidə 121 806 nəfər yaşayır. Əhalinin sıxlığı 7293,8 nəfər/km²-dir.

    Etnik qruplar:

    * Gürcülər - 104 313
    * Ermənilər - 7 517
    * Ruslar - 6 300
    * Abxazlar - 800
    * Ukraynalılar - 770
    * Yunanlar - 587
    * Azərbaycanlılar - 301
    * Osetinlər - 142
    * Yezidi - 69
    * Kistlər - 8

    Şəhərdə yerləşən dini məbədlər:

    * Gürcü Provaslav Baş kilsəsi
    * Müqəddəs Ruhun Katolik Kilsəsi
    * Batumi Məscidi
    * Batumi Erməni kilsəsi
    * Batumi Sinaqoqu


    Kaynak: Wikipedia, Vikipediya, açıq ensiklopediya
0 0 0