Rustavi - Gürcüstan

Son güncelleme:
  • Rustavi - Gürcüstan - Ölkələrinə görə coğrafiya - Dağ qaralamaları - Gürcüstan dağları - Gürcüstan çayları - Coğrafiya qaralamaları - Azərbaycan çayları - Gürcüstan çayları - Türkiyə çayları


    noimage

    Rustavi (gürcücə: რუსთავი;) — Gürcüstan Respublikasında Kvemo Kartli mxaresinin (tarixi Borçalı mahalı) mərkəz şəhəri. 1948-ci ildə şəhər kimi restrukturizasiya edilmiş Rustavinin tarixi adı Bostandərə olmuşdur.

    Coğrafi mövqe

    Respublika tabeli şəhər olan Rustavi paytaxt Tiflisdən 25 km. cənub-şərqdə Qarayazı düzündə yerləşir. Coğrafi koordinatları 41° 33' şimal enliyi, 45° 2' şərq uzunluğudur. Rustavi (Bostandərə) şəhərinin sahəsi 61 km² - dir[1] .

    Əhali

    2002-ci il Gürcüstanda keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən Rustavi şəhərinin əhalisinin sayı 116.384 nəfər təşkil etmişdir. Ailələrin orta say tərkibi 3,4 nəfərdir. 4-nəfərlik ailələr say baxımdan cəmi ailələrin 28%-ni təşkil edir. Əhalinin 87,8%-i gürcülər, 3,1%-i ruslardır. Hal-hazırda Rustavi şəhərində buranın tarixən ən böyük etnik qrupu olan 4993 nəfər (şəhər əhalisinin 4,3%-i) azərbaycanlı yaşayır.

    Statistikaya görə 2006-cı ildə şəhərin əhalisinin sayı 118,2 minə çatmışdır. Rustavi əhalisinin sayına görə Tiflis və Kutaisdən sonra Gürcüstanda 3-cü yeri tutur.

    İqtisadiyyatı

    Rustavi Gürcüstanın iri ağır sənaye mərkəzi hesab olunur. 1991-ci ildə Gürcüstan dövlət müstəqilliyini elan etdikdən sonra dərin iqtisadi tənəzzül ilə əlaqədar olaraq burada fəaliyyət göstərmiş 118 sənaye müəssisəsindən hal-hazırda cəmisi 3-ü işləyir. Metallurgiya və kimya sənayesi, o cümlədən gübrə və sement istehsalı inkişaf etmişdir.

    Mədəniyyəti

    Şəhərdə hal-hazırda 25 orta, 2 orta ixtisas, Gürcüstan Texniki Universitetinin və Tiflis Dövlət Universitetinin filialları, eləcə də 1994-cü ildə əsası qoyulmuş "Rustavi 2" teleşirkəti fəaliyyət göstərir.

    Kaynak: Wikipedia, Vikipediya, açıq ensiklopediya
0 0 0