- Gürcüstanın paytaxtı, Qafqazın mühüm sənaye, mədəniyyət və elm mərkəzi. Ölkənin şərq hissəsində Kür çayının üzərində yerləşir. Şəhər 244 km2[1] ərazidə yayılmışdır. "Tbilisi" toponiminin hərfi mənası qədim gürcü dilində "isti su" anlamına gəlir. Tarixi qaynaqlara gorə şəhər eramızın V əsrində gürcü sərkərdəsi Vaxtanq Qorqasali tərəfindən salınmışdır.