Dilimizdə Səs Uyumları Ahəng qanunları

Son güncelleme: 19.03.2010 09:03
  • Dilimizdə Səs Uyumları Haqqinda

    Dilimizdə Səs Uyumları ( Ahəng qanunları)

    Türkcədə səslər, ünlülər (səslilər) eləcədə ünsüzlər (səssizlər) olmak üzərə iki ana qrupa ayrılır.

    Ünlülərin Nitəlikləri

    Səs yolunda hansısa bir əngələ çarpmadan çıxan səslərə ünlü deyilir. Yeni söz yaradılırkən köklə ək (şəkilçi) ünlü ilə ünsüz uymalarına uyulur. Ünlülərlə ünsüzlərin çesitli özəlliklərinə bağlı olan uyum quralları doğru söz yaratmaq üçün önəmsənir.
    Dilimizdə Səs Uyumları ( Ahəng qanunları)

    Ünlü uymaları, Türkcə söz kökləri ilə gövdələri içində işləyən yayqın bir kuraldır. Bu kural danışıqda rahatlıq yaradır. Türkcə sözlərdə düzənli bir biçimdə görülən ünlü uyumlarında dil ilə dodaqlar etgəndir. Bunun yanında ünlülərin yaranmasına alt çənə də qoşulur. Dodaqlarla dilin çesitli biçimlənmələrə girməsiylə ünlülər ayrılır. Dilin ön eləcədə arxa damaqda aldığı duruma görə ünlülər incə, qalın özəlliklər qazanır. Örnək olaraq a, ı, dilin arxa damağa yaxınlaşmasıyla yaranır. e,ə,i səslərinin çıxışında isə dil ön damağa gedir. Beləliklə Türkcə sözlərin söylənişində dil, arxa damağa getmişsə, söz bitənə kimi durumunu pozmaz. Örnək olaraq, ar-xa-daş-lıq-la-r-mız-dan sözündə a, ı ünlüləri armada olmaqla bir birlərini izləməkdədirlər. Bu ünlülərin söylənişində çixarilan səsdən dolayı a, ı ünlülərinə qalın ünlü adı verilmişdir. Ev-lən-di-ril-mə-si-nə örnəyində isə dil, ön damağa yığılır. Bu nədənlə e,ə,i ünlülərinə ön ünlülər deyilir. Bu ünlülərin söylənişində çixarilan səsdən dolayı e,ə,i ünlülərinə incə ünlülər deyilir.

    Səs tellərinin titrəşməsiylə yaranan ünlülərin bir bölümüdə yuvarlaq ünlülərdir. Bunlardan o, u ünlüləri arxa damaqda qalınlıq özəlliyi qazanırkən dodaqlarda yuvarlaqlaşırlar. Ö, ü ünlülərisə, öndamaqda biçimlənərək dodaqlara gəlir, burda yuvarlaqlaşır. Bu özəliklərinə görə o,ö,u,ü ünlülərinə yuvarlaq ünlülər deyilir.

    Ünlülər, bir də ağızın açıqlığına, daha doğrusu çənə açısının biçiminə, damaxda yaratdıqları aralığın sınırlarına görə də seçilirlər.

    Ağız boşluğunun eləcədə alt çənənin düşük olduğu durumlarda a,e, ə, o,ö səsləri, ağız boşluğunun daraldığı, alt çənənin üst çənəyə doğru bağlanmaya yaxın bir durum aldığında isə ı,i,u,ü ünlüləri yaranır. Bu özəlliklərinə görə a,e,ə, o,ö geniş, ı,i,u,ü ünlüləri isə dar ünlülərdir.

    Türkcədə doqquz ünlü vardır: a, e, ə, ı, i, o, ö, u, ü.

    Ünlülər bu biçimlərilə seçilir:

    A. Çıxış yeriylə dilin durumuna görə:

    1. Qalın ünlülər: a, ı, o, u.

    2. İncə ünlüler: e, ə, i, ö, ü.

    B. Dudaqların durumuna görə:

    1. Düz ünlülər: a, e, ı, i.

    2. Yuvarlaq ünlülər: o, ö, u, ü.

    C. Ağzın açıqlığına görə:

    1. Geniş ünlülər:a, e, ə, o, ö.

    2. Dar ünlülər: ı, i, u, ü .

    Çənə açısını böyüdüb kiçitmək, dodaqları büzmək,dili ön, arxa damaqda uyqun bir durumda tutmaqla ünlülər çesitlənir.
#19.03.2010 09:03 0 0 0
  • Uzun Ünlü:

    Kökəni Türkçə olan sözlərdə uzun ünlü yoxdur. Uzun ünlü, Ərbcədən Farscadan Türkcəyə girən sözlərdə var: Alim, Şairkimi

    Ünlülərin bu ortaq özəlliklərinə görə Türkcə sözlər, böyük, kiçik ünlü uyumu adı verilərək iki kurala bağlanır.

    Böyük Ünlü Uyumu:

    Ən əski çaglaradan bu yana sürüb gələn geniş bir kural olub, dilin ön damağa sürülməsi eləcədə arxa damağa çəkilməsinə dayanır. Belecə arxa damaqda ədə edilən qalın ünlülərdən (a,ı,o,u) sonra yen qalın, ön damaqda əldə edilən incə ünlülərdən( e,ə,i,ö,ü) sonra is, incə ünlülər gəlir.

    Bir sözün birinci hecasında qalın bir ünlü ( a, ı, o, u ) varsa, başqa hecalarda da qalın ünlü gəlir. Örnək üçün : Ağız, ayaq, boyun, burun, dodaq, aparmaq, danışmaq, qarşilamaq, barışdırmaq, ıldırımlar, oralarda, ulduzlar

    Birinci hecasında ince bir ünlü ( e, ə, i, ö, ü ) gələrsə başqa hecalarda gələnlər də incə olur. Örnək üçün: ellər, dillər, işsizlər, öyüdlər, üzümlər. Buna böyük ünlü uyumu adı verilir.

    Dilimizdə işlək olan özgə dillərin sözlərində də səs uyumu önəmsənməz. Örnək üçün : Məlumat, Elan, ədalət, ekran ,iradə, münaqişə , ,. Birləşik (bitişik) sözlərdə də bu uyuma uymuyan sözlər olur . Örnək üçün : Bilgisayar, Dikdaban, ,

    Böyük ünlü uyumuna uymuyan sözlərə artırılan əklərdə(şəkilçilərdə) qalınlıqlık incəlik baxımından son hecanın ünlüsüne uyar: Örnək üçün : Məsləkdaş, şişmanlıq ,



    Kiçik Ünlü Uyumu:

    Kiçik ünlü uyumu, böyük ünlü utumuna görə daha dar qabsamlıdır. Bu nədənlə "Kiçik" bu uyuma kiçik ünlü uyumu adı verilmişdir.

    Kiçik ünlü uyumu kuralı iki yönlüdür:

    1. Bir sözün ilk hecasında düz ünlü ( a, e, ı, i ) varsa sonra gələn hecalar da düz ünlü olur: Anlaşmaq, yanaşmaq, başmaqçı, səslənmək, yelək, bilək, dilək, çiyələk .

    2. Bir sözün ilk hecasında yuvarlak ünlü (o, ö, u, ü ) varsa bunu izləyən ilk hecada dar yuvarlak ( u, ü ) eləcə də geniş düz ( a, e ) ünlü gəlir: cocuq, odun, yorqunluq, yoxlamaq, durmaq, vurmaq, üzmək, büzmək, düzmək, görüşmək, sürüşmək .

    Kiçik ünlü uyumu, alıntı sözlərdə aranmaz: aktiyor, alkol, doktor, kitab, mühim .

    Kiçik ünlü uyumuna uymuyan sözlərə gətirilən əklər, sözün son ünlüsünə uyar: qavun-u, konsul-luğ-u, məmin-lik, muzak-ci, yağmur-luq.

    Böyüklə kiçik ünlü uyumları, sözlərə əklər gətirdildiyində daha açıq bir biçimdə görülür. Əkləmlərdə sözün son səsi önəmsənir. Son səs qalınsa, onhan sonra gələn əklərin ünülləri də qalındır : ortaq-çi-lıq. Sözün son səsi incə isə, bu səsdən sonra da incə ünlü olan əklər gəlir: göstər- mə-li .

    Bu ünlü düzənlərlə ilk hecanı izləyən ünlülər çizəlgədə göstərilir:



    a ; a,ı (baxar, alır) o ; u,a (odun,oba, oyaq)

    e, ə; r,i ( gedir,gəlir) ö; ü,e,ə (ördək,ölçü,

    ı; ı, a(qılıc, dırnaq,sığınaq) u; u,a ( uzun, uzax)

    i; i,e,ə (ilik,incə, ü; ü,e,ə(ütü,dirək,



    Türkcədə ikinci eləcə də sonra gələn hecalarda o, ö ünlüləri olmaz. Bunların yerini u,ü ünlüləri alır. Varsa da özgə eləcə də birləşik sözlərdə görünür.

    Ünlü düşməsi

    Gənəldə ikinci hecasında dar ünlü olan iki hecalı sözlərdə , ünlü il başlayan bir ək aldıqda ikinci hecalarda olan dar ünlülər düşər.

    Örnəklər : ağız / ağzı, bağır / bağrım, beyin / beynim, boyun / boynu , burun /burn, könül / könlümüz, qarın / qarnımız,



    Ünsüzlərin Nitəlikləri

    Səs yolunda bir əngələ çarparak çixan səslərə ünsüz deyilir.

    Dilimizdə 23 Ünsüz vardır. Bunlar: b, c, ç, d, f, g, ğ, h, x, j, k, q, l, m, n, p, r, s, ş, t, v, y, z.

    Ünsüzlər səs tellərinin titrəşimə uğrayıb uğramamasına görə iki gruba ayrılır:

    1. Səs tellərinin titrəşməsiylə oluşan ünsüzlərə tonlu (yumuşaq) ünsüzlər adı verilir:b, c, d, g, q, ğ, j, l, m, n, r, v, y, z.

    2. Səs telləri titrəşmədən oluşan ünsüzlərə tonsuz (sərt) ünsüzlər deyilir: ç, f, h, x, k, p, s, ş, t.
#19.03.2010 09:03 0 0 0