Dağıstan İşıqları - Rusiya Federasiyası

Son güncelleme: 19.03.2010 15:18
  • Ölkələrinə görə coğrafiya - Rusiya Federasiyası - Rusiya Federasiyası coğrafiyası - Ölkələrinə görə dağlar - Rusiya Federasiyası Ölkələrinə görə şəlalələr - Rusiya Federasiyası dağları

    Dağıstan İşıqları (rusca: Дагестанские Огни;) Rusiyanın Dağıstan Respublikasının Dərbənd rayonunda bir şəhərdir. Xəzər dənizinin sahilində, Mahaçqaladan 118 kilometr cənubda yerləşir. Əhalisi 26.346 nəfərdir (2002)[1]. Dağıstanın ən cavan və səkkizinci ən iri şəhəridir.

    Tarixboyu bura təbii qazın yerin altından çıxması ilə bölgədə məşhur idi. 1914-cü ildə həştərxanlı Malışev qardaşları burada həmin qazdan istifadə edən zavod tikdirmişdilər və zavodun ətrafında salınan məskun yerə indiki adı bu səbəbdən qoyuldu. Vətəndaş müharibəsi zamanı zavod məhv edilmişdir. Sovet İttifaqının əmələ gəlməsindən sonra Dağıstan İşıqlarının rolu iqtisadi baxımdan olduqca böyüdü. Burada şüşə və podşipnik zavodu, xalça karxanası tikilmişdir. Dağıstan İşıqlarının əhalisi 1939-cu ildən 2008-ci ilə qədər altı dəfə böyüyüb. 1990-cı ildə qəsəbə şəhər statusunu almışdır.

    Bu gün şəhərin əhalisi əsasən tabasaranlılardan (33%), azərbaycanlılardan (26%) və ləzgilərdən (22%) ibarətdir.

    Kaynak: Wikipedia, Vikipediya, açıq ensiklopediya
#19.03.2010 15:18 0 0 0