
- Dağıstanda (Rusiya) şəhərdir, Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir , Mahaçqala şəhərindən cənub - şərq istiqamətində 121 km uzaqlıqda yerləşir[1] Dərbənd farsca «qapı», «darvaza» deməkdir. Şəhər tarixdə Bab əl-Əbvab («böyük qapı») və Dəmirqapı adlarıyla da tanınırdı .