Ölkələrinə görə coğrafiya - Rusiya Federasiyası - Rusiya Federasiyası coğrafiyası - Ölkələrinə görə dağlar - Rusiya Federasiyası Ölkələrinə görə şəlalələr - Rusiya Federasiyası dağları
Mahaçqala (rusca: Махачкала Rusiyanın cənubunda yerləşən Dağıstan Respublikasının paytaxtı. Sahəsi 671 km²[1] əhalisi 462.412 nəfərdir[2] (2002). Şəhər Böyük Qafqaz ilə Xəzər dənizinin aralığında yerləşir.
1989-cu il siyahya almasına görə əhalisinin 21%-ni avarlar, 17%-ni ruslar, 15%-ni qumuqlar, 12,4%-ni dargilər, 12%-ni laklar, 9.5%-ni ləzgilər, 4.3%-ni çeçenlər, 1.6%-ni azərbaycanlılar, 7.2%-ni digər xalqlar təşkil edir.[3]
Deyilənə görə orta əsrlərin əvvəlində Mahaçqalanın yerində Xəzər xaqanlığının paytaxtı Səməndər yerləşirdi. Mahaçqala 1844-cü ildə rus hərbi istehkamı kimi salınmışdır. 1857-ci iləcən Petrovskoye (I Pyotrun şərəfinə), 1921-ci iləcən Petrovsk-Port, 1922-ci iləcən isə Şamilqala adlanırdı. Yerli əhali şəhəri Ancıqala ("unçu qalası") adlandırırdı. İndiki adı inqilabçı Mahaçın (Məhəmməd Əli Dahadayev) şərəfinə qoyulub. Şəhərin limanı 1870-ci ildə tikilib. 1898-ci ildə şəhər Bakı və Vladiqafqaz ilə dəmiryol vasitəsi ilə birləşdi. 1914-cü ildə burada ilk neft zavodu inşa edildi.
Mahaçqalada hazırda 62 məktəb, 5 ali məktəb (o cümlədən Şimali Qafqazın ən böyük ali məktəbi olan Dağıstan Dövlət Universiteti), 4 müasir təchizatlı kinoteatr, 3 respublika kitabxanası fəalliyət göstərir.