Nalçik - Rusiya Federasiyası

Son güncelleme: 19.03.2010 15:21
  • Ölkələrinə görə coğrafiya - Rusiya Federasiyası - Rusiya Federasiyası coğrafiyası - Ölkələrinə görə dağlar - Rusiya Federasiyası Ölkələrinə görə şəlalələr - Rusiya Federasiyası dağları


    noimage

    Məlumatlar
    Ölkə

    Rusiya
    Bölgə

    Kabardino-Balkariya
    Əsası qoyulub

    1724
    Ərazi

    150 km²
    Əhali

    269 641 nəfər (2008)
    Nəqliyyat vasitəsi kodu

    07
    Telefon kodu

    +7 8662
    Poçt indeksi (Mərkəzi PŞ)

    360000
    İcra başçısı

    Zalimgeri Xaqasov

    Nalçik (rusca: Нальчик;), Rusiyanın cənubunda, Şimali Qafqazda yerləşən Kabardino-Balkariya Respublikasının paytaxtı.

    Nalçik şəhəri Böyük Qafqaz dağlarının ətəyində, 550 metr yüksəklikdə, 150 km² ərazidə yerləşir. Şəhər əhalisi 269 641 (2008) nəfərdir.

    Tarixi mənbələrdə bu günkü Nalçik şəhərinin yerində 1743-cü ildən bəri kabardinlərin və balkarların yaşadıqları qeyd olunub. Şəhər XIX əsrdə 1768-1774 Osmanlı-Rus Müharibəsi gedişində bölgəni ələ keçirən ruslar tərəfindən 1818-ci ildə hərbi qala-istehkam kimi inşa edilib. Nalçik 1917-ci il Oktyabr inqilabından əvvəl o qədər də böyük əhəmiyyət daşımayıb. 1921-ci ildə şəhər statusu alan Nalçikin əhəmiyyəti artdı və o Kabardin Muxtar vilayətinin mərkəzi oldu. Şimali Qafqazdakı əsas nəqliyyat və dəmiryollarından şəhərə yollar çəkildi, şəhərdə kiçik bir hava limanı inşa edildi.

    Nalçik şəhəri adını üzərində qurulduğu Nalçik çayından alıb. Amma bu adın etimologiyası türk dilindəki "nal" sözündəndir və şimal-qərbi Qafqaz dillərindən olan kabardincədə və türk dillərindən olan qaraçay-balkarcada "at nalı" mənasını verir.

    [[İkinci Dünya Müharibəsi] zamanı Nalçik, Faşist Almaniyası tərəfindən işğal edilib (28 oktyabr 1942-3 yanvar 1943). İşğal zamanı şəhər dağıdılıb. Bununla belə 2003-cü ildə Nalçik "Rusiyanın ikinci ən təmiz şəhəri" seçilib.

    Kaynak: Wikipedia, Vikipediya, açıq ensiklopediya
#19.03.2010 15:21 0 0 0