Türkiyənin coğrafi bölgələri

Son güncelleme:
  • Türkiye Ölkələrinə görə coğrafiya - Türkiye - Türkiye coğrafiyası - Türkiye Ölkələrinə görə dağlar - Türkiye Ölkələrinə görə şəlalələr - Türkiye dağları

    noimage

    Türkiyənin coğrafi bölgələri, 6 İyun - 21 İyun 1941 tarixləri arasında Ankarada toplanan Birinc Coğrafiya Qurultayı (Birinci Coğrafya Kongresi) tərəfindən təyin olunmuşdur. Qurultay ilk, orta və litsey məktəb tədris planı proqramları ilə dərs kitabları, coğrafiya terminləri və coğrafi adların yazılması, Türkiyə Coğrafiyasının ana xəttləri və yerlərin adlandırılması üzərində çalışmaq məqsədiylə toplanmışdı. Bu çalışmanın nəticəsində Türkiyənin üç tərəfinin dənizlərlə çevrilmiş olması, dağların Anadolunun daxili seqmentlərini sahillərdən ayırması, iqlim, nəqliyyat və bitki örtüsü kimi ölçülər diqqətə alınaraq Türkiyənin coğrafi bölgələri təyin olunmuşdur.

    Türkiyə Birinci Coğrafiya Qurultayında Türkiyə coğrafi 7 bölgəyə ve 21 bölməyə ayrılmışdır.

    Bu bölgə və bölmələrin Türkiyənin idarə məsləhəti üçün zərrə bir hökmü yox lakin coğrafi elmi məna üçün əhəmmiyətli hökm edər.

    Bölgələr və bölmələr

    Təbiət, bəşəri və ekonometrika xüsusiyətləri baxımdan sərhədləri daxilində bənzərlik göstəriş eden geniş sahələrə bölgə deyilir. Sərhədləri daxilində bənzərlikləri olan ancaq bölgənin digər yerlərindən fərqli olan kiçik sahələrə isə bölmə deyilir.

    * Aralıq dənizi bölgəsi:

    Antalya bölməsi, Adana bölməsi

    * Şərqi Anadolu bölgəsi:

    Yuxarı Fırat bölməsi, Ərzurum - Qars bölməsi, Yuxarı Murat - Van bölməsi, Hakkari bölməsi

    * Egey bölgəsi:

    Egey bölməsi, Daxili Qərbi Anadolu bölməsi

    * Cənub-Şərqi Anadolu bölgəsi:

    Orta Fırat bölməsi, Dicle bölməsi

    * Daxili Anadolu bölgəsi:

    Konya bölməsi, Yuxarı Sakarya bölməsi, Orta Kızılırmak bölməsi, Yuxarı Kızılırmak bölməsi

    * Mərmərə bölgəsi:

    Yıldız bölməsi, Ergene bölməsi, Çatalca - Kocaeli bölməsi, Cənubi Mərmərə bölməsi

    * Qara dəniz bölgəsi:

    Qərbi Qara dəniz bölməsi, Orta Qara dəniz bölməsi, Şərqi Qara dəniz bölməsi

    Bölgələrin ərazisi

    Göllər daxil olmaqla Türkiyənin yekun ərəzisi 814.578 km². Bölgələrə görə faizi:

    * Aralıq dənizi bölgəsi: 16%
    * Şərqi Anadolu bölgəsi: 21%
    * Egey bölgəsi: 12%
    * Cənub-Şərqi Anadolu bölgəsi: 7.5%
    * Daxili Anadolu bölgəsi: 18%
    * Mərmərə bölgəsi: 8,5%
    * Qara dəniz bölgəsi: 18%


    Kaynak: Wikipedia, Vikipediya, açıq ensiklopediya
0 0 0