Lesbos - Yunanıstan

Son güncelleme:
  • Yunanıstan Ölkələrinə görə coğrafiya - Yunanıstan - Yunanıstan coğrafiyası - Yunanıstan Ölkələrinə görə dağlar - Yunanıstan Ölkələrinə görə şəlalələr - Yunanıstan dağları

    noimage

    Lesbos (yunanca Λέσβος;) — Egey dənizinin şimal-şərq hissəsində yerləşən və Yunanıstana məxsus olan ada.

    Lesbos adasının ərazisi 1636 km²-dir. Ada ərazisinin böyüklüyünə görə Yunanıstan adaları arasında 3-cü, Aralıq dənizi hövzəsində isə Siciliya, Sardiniya, Kipr, Korsika, Krit, Malyorka və Evbeyadan sonra 8-ci yeri tutur. Əsas şəhəri Mitilenadır.

    Tarixi

    Şair Terpandr (e.ə. VIII əsr) bu adada anadan olmuşdur.

    Qədim yunan şairəsi Sapfo da e.ə.VII-VI əsrlərdə bu adada yaşayıb-yaratmışdır. Onun yaradıcılığının bəzi elementləri əsas götürülərək "lesbi sevgisi" (qadının qadını sevməsi) termininin başlanğıcını bu adadan götürdüyü iddia edilir.

    Eramızın II əsrində yaşamış və adanı özünün məşhur "Dafnis və Xloya" romanında məşhurlaşdırmış yazıçı Lonqun da məhz burada yaşadığı ehtimal olunur.

    Makedoniya padşahı Filipin sarayına getməmişdən əvvəl məşhur yunan filosofu Aristotel də bir müddət bu adada yaşamışdır.

    Kaynak: Wikipedia, Vikipediya, açıq ensiklopediya
0 0 0