Qərbi Azərbaycan - İran

Son güncelleme: 19.03.2010 16:38
  • İran Ölkələrinə görə coğrafiya - İran - İran coğrafiyası - İran Ölkələrinə görə dağlar - İran Ölkələrinə görə şəlalələr - İran dağları

    İranda, Cənubi Azərbaycan bölgəsində ostan. Mərkəzi Urmiya şəhəridir. Ostanlığın ərazisi 39487 km²[1], əhalisi isə 2006-cı ildə aparılmış siyahıya almaya əsasən 2.873.459 nəfərdir və əhalinin 60,03% - i şəhərlərdə yaşayır.[2]

    Tarix

    Qədim Zərdüşt dininə aid edilən Təxti Süleyman məbədi Qərbi Azərbaycanın Takab şəhəri yaxınlığında yerləşir.

    Coğrafiya

    Geniş düzənliklər və hündür dağlar ostanlığın relyefini təşkil edir. Şimalda Araz çayı və bir sıra dağ çayları əsas su mənbəyidir. Şərqində Urmiyə gölü yerləşir. Orta temperatur Urmiyada 10.8 °C, Xoyda 9.4 °C, Mahabadda isə 11.6 °C-dir. Ən yüksək temperatur göstəricisi iyul ayında 34 °C, ən aşağı temperatur isə yanvar ayında -16 °C-dir.

    Əhali
    Qərbi Azərbaycan ostanlığının inzibati bölgüsü

    Əhali əsasən Azərbaycan türklərindən[3] və qismən kürdlərdən ibarətdir. Kürdlər batı azərbaycanın cənub ərazisinə qaraqoyunlular zamanı bölgəni qəsb edərək yerləşmişlər.[4] Ostanlıq inzibati cəhətdən 14 şəhristana (bölgəyə) bölünür.(İran höküməti Farsçılıq siyasətlərinə görə Azərbaycan bölgəsində coğrafi adlar Farslaşdırmışdır . Bu adların əslində nə olduğu dırnaq arası gətirilmiş:

    * Maku (Makı)
    * Çaldıran
    * Xoy
    * Salmas
    * Urumiyə (Urmu)
    * Oşnaviyə (Üşnü)
    * Nəğədə (Sulduz)
    * Miyanduab (Qoşaçay)
    * Piranşəhr (Xana)
    * Mahabad (Soyuqbulaq)
    * Bukan
    * Şahindəj (Sayınqala)
    * Tekab (Tikantəpə)
    * Sərdəşt (Sarıdaş)

    Bölgələr

    2006 - cı ildə aparılmış siyahıya almanın rəsmi yekunlarına əsasən Urumiyə Şəhristanında 856.914 nəfər , Salmas Şəhristanında 180.708 nəfər , Xoy Şəhristanında 365.573 nəfər , Çaldıran Şəhristanında 44.572 nəfər , Maku Şəhristanında 174.578 nəfər , Bukan Şəhristanında 202,637 nəfər , Sərdəşt Şəhristanında 104,146 nəfər , Takab Şəhristanında 81.395 nəfər , Mahabad Şəhristanında 197.441 nəfər , Miyandoab Şəhristanında 245.158 nəfər , Piranşəhər Şəhristanında 107.677 nəfər , Oşnaviyə Şəhristanında 63.798 nəfər , Nəqədə Şəhristanında 117.831 nəfər və Şahindej Şəhristanında 89.356 nəfər insan yaşayır .


    Kaynak: Wikipedia, Vikipediya, açıq ensiklopediya
#19.03.2010 16:38 0 0 0