Türk hökmdarlar - Atabəylər hökmdarları - Həmədanda vəfat edənlər - 1186-cı ildə vəfat edənlər - Azərbaycanlı dövlət xadimləri
Mir İmad Qəzvini - mənşəcə Azərbaycan türklərindən olan xəttat. Onun yaratdığı, bu gün nəfis sənət nümunələri sayılan əsərlər hazırda dünyanın bir çox nmuzeylərində sərgilənməkdədir.
Həyatı
XVII əsrin ən yaxşı xəttatlarından biri "İmad ül-mülk" ("Dövlətin dayağı") adlandırılan və buna görə də xalq arasında Mir İmad deyə çağırılan Mir Məhəmməd bin Hüseyn Həsani Qəzvini idi. Mir İmad 1553/54-cü ildə Qəzvində anadan olmuşdur. O, uşaqlıq və gənclik illərini Təbrizdə keçirərək, nəstəliq xəttinin mahir ustadı Mövlana Məhəmməd Hüseyn Təbrizidən xəttatlıq dərsini öyrənmişdir. Mir İmad onun ən sevimli şagirdlərindən idi. Ölümünə az qalmış ustadı Mir İmaddan xahiş edir ki, onun qələmin mədhinə həsr edilmiş şerlərini təlimat şəklində tərtib etsin:
Bəşərin ən gözəl irsi-qələmdir, bu incə mətləbi unutma!
Kainat qələmin sayəsində şan və şərəfə çatıb,
Əgər qələm olmasaydı, kainat da olmazdı.
Kim qələmdən fayda götürməyibsə, onu böyük ağıl sahibi sayma!
Qələm möcüzəkardır, qələm canverəndir, qələm bələdçidir, qələm sarvandır
Hər həvəskar qələmin qədrini bilməz, onun qiymətini yalnız xəttatlar anlar!
Azərbaycan osmanlı türkləri tərəfindən işğal olunduqdan sonra Mir İmad Osmanlı imperiyasına daxil olan bir çox ölkələrə səyahətə çıxır və Məkkəyə gedir. Vətənə qayıdandan sonra Fərhad xanın yanında qulluğa girir. Onun ölümündən (1599) sonra Gilana, oradan da Qəzvinə gedir və xəttatlıq dərsi keçməklə məşğul olur. Az sonra Mir İmad Səfəvilər dövlətinin paytaxtı İsfahana gəlir və I Şah Abbasın dəftərxanasında işə başlayır. Lakin sarayın sərt ab-havasına uyğunlaşa bilməyən sənətkar tezliklə buranı tərk edir.
Mir İmad Qəzvinin xəttindən nümunə, Böyük Britaniya muzeyi
Qəzvinə qayıdıb müəllimlik fəaliyyətini davam etdirir. Saray əxlaqına və şah Abbasın siyasətinə qarşı kəskin etirazları, Osmanlı imperiyası ilə özbək hökmdarları arasında uzunmüddətli fasiləsiz və qanlı müharibələrə səbəb olan sünni-şiə ziddiyyətlərinin aradan qaldırılması istiqamətindəki çıxışları, görünür, diqqətdən kənarda qalmayıb. Şah Abbas Qəzvin şahsevənlərinin başçısı Maqsud bəyi öz yanına çağırtdırıb, bütün bunlara son qoymasını tapşırıb: "Doğrudanmı elə bir adam yoxdur ki, bu sünni köpəyini gəbərdib, məni onun hədyanlarından qurtarsın?"
Elə həmin günün axşamı 1615-ci ilin 25 avqustunda Mir İmadı Qəzvin küçələrindən birində ölmüş və az qala tikə-parça vəziyyətində tapırlar.
Sənətkarın bədii yazı nümunələri dünyanın bir çox kitab saxlanclarının bəzəyidir. Bunların bir qismi Sankt-Peterburqda qorunur və 1962-ci ildə nəşr olunmuşdur.