Tədbirin məqsədi Ukraynada Azərbaycan milli mədəniyyətinin və adət ənənələrinin təbliği olub
Azərbaycanın Ukraynadakı səfirliyi, Ukrayna Azərbaycanlılarının konqresi, "İRƏLİ" İctimai Birliyi və Ukraynanın "Molodyojnıy Yevropeyskiy Rux" təşkilatının birgə təşkilatçılığı ilə 19 mart saat 16:00-da "Regionlar arası heyətin idarə olunması akademiyası"nda Novruz Bayramına həsr olunmuş konsert keçirilib.
"İRƏLİ" İctimai Birliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, tədbirin əsas məqsədi Ukraynada Azərbaycan milli mədəniyyətinin və adət ənənələrinin təbliği olub. Tədbir boyunca qonaqlar Azərbaycanın milli mətbəxi, adətləri, geyimləri ilə yaxından tanış olublar. Konsert proqramında Ukraynada yaşayan Azərbaycanlı istedadları və Azərbaycandan xüsusi təşrif buyuran "Next" qrupu çıxış edib.