Hirsli insanla rəftar qaydaları

Son güncelleme: 21.03.2010 15:30
  • Fövqəladə hallarda insanlar niyə əsəbiləşirlər

    Bir fəlakətin ardından insanları əsəbiləşdirəbiləcək bir çox səbəb vardır. Bunların çoxu da başa düşüləndir, haqq verilən səbəblərdir. Fövqəladə hallarda insanların güvənlilik və rahatlıq hissləri sarsılır. Yaşamları hiss ediləcək dərəcədə dəyişir. Demək olar ki, hər cür şəaritə ayaq uydurmağa məcbur qalır və bu heç də asan deyildir.

    Siz onların hirsinin altındakı səbəbləri nə qədər yaxşı tanısaz, vəziyyətə o qədər hakim ola bilərsiz. Fövqəladə halı yaşamış biri:
    Yaxınlarını/ evini/ əşyasını/ ümidini/ vəs itirmiş ola bilər.
    Yeməyi və pulu olmaya bilər
    Rahatlıq tərəfdən normanın altındakı şərtlərlə yaşaya bilər
    Özünü güvəndə hiss etməyə bilər. Arxası zəif ola bilər.
    Yaxınlarının vəziyyətlərindən narahat ola, bu məsuliyyətdə özünü əzilmiş hiss edə bilər.
    Özünə təklif ediləcək yardımlar gecişmiş və heç kəsdən kömək istəmək üçün sıxıla bilər.
    Səhv məlumatlandırılmış ola bilər.
    Yuxusuz ola bilər
    Digər insanlar tərəfindən özünə hörmətsizlik ya da haqsız şəkildə sıxışdırıla bilər.
    Bəzi yardımlardan dəstəklərdən məhrum edilə bilər
    Xroniki yoğrunluğu və daşıya bilmədiyi dərdi ola bilər
    İşsiz ola bilər
    Həddən artıq alkoqol və ailəsində problemləri ola bilər
    Alçadılmış ola bilər
    Qüruru sındırılmış haqlarına təcavüz edilmiş " insane yerinə qoyulma"mış ola bilər.
    Özünü heç kəsin başa düşmədiyini fikirləşər
    Özünə qarşı ayrı seçkilik edildiyini fikirləşə bilər
    Bir də əgər yüksək tonda danışarsa, "köküldərsə" istədiklərini qarşısındakı insanlar edəcəyini düşünər
    Gözlədiyi şeylərin həyata keçməməsi ucbatından ümidsizliyə düçar olmuş və özünü içinə qapayar
    Sizin öz fikri ilə həmfikir olmayanda sizing lazımınca bilgili olmadığınızı düşünər
    Ona verilən sözlər tutulmamış ola bilər
    Ətrafda danışılan dedi-qodulardan narahat ola bilər
    Küsülü , lakin ondan ilk addım gözlədiyi kimsələri ola bilər.

    Bütün bu sadaladıqlarım bir insanı əsəbi etmək üçün kifayət qədər keçərlidir.




    Əsəbi insanların qarşısında özümüz necə aparmalıyıq?
    Bacardığınız qədər sakit saxlayın özünzü
    Dərin bir nəfəs alın
    Bir yandan özünüz-özünüzə
    "Bu dedikləri mənə görə deyil, yəqin ki problemləri vardır. Bunun üçün mənim həm gücüm həm də güclü iradəm var. Mən əsəbiləşsəm həm günah işlər, həm də özümə ziyan etmiş olaram. Mən ona əsəb ilə qarşılıq verməyəcəyəm!"
    Sakin kalmaya çalışın.

    "Bu vəziyyətə hakim ola bilərəm
    10-a qədər sayın
    Diqqətini bədəninizdən gələn siqnallara yönəldin
    Qarşınızdakını diqqətlə və ciddi şəkildə dinləyin
    Sözünü kəsməyin, o sözünü bitirməsini gözləyin.
    Hisslərinə hörmət edin
    Keçirdiyi sıxıntıları nəzərə alın.
    Ona bunları deyin: "Səsiniz çox hirsli gəlir. Özünüzü sıxmayın. Sanki çox böyük uğursuzluğa düçar olmusunuz"

    Unutmayın, bir kimsə qarşınızda əsəbiləşib, həddini aşıb Sizə küfr edərsə, əsla ona küfrlə, söyüşlə cavab verməyin. Ona söyüşsüz cavablar verin. Bu halda çox böyük savab işlərsiniz. Qarşıdakı tərəfə isə böyük günah qalar. Unutmayın!
#21.03.2010 15:30 0 0 0