Dünya başdan-ayağa tamahdan ibarətdir, dünyanın ən gözəl tamahı təmiz, yaxşı qadındır.
Qadınlar, ancaq kişilərin yarısıdır.
Cənnət anaların ayaqları altındadır.
Qadınların ən yaxşısı, baxdıqca səni sevindirən, əmr edərkən əmrinə itaət edən, sən evdə olmayan vaxt sənin şərəfini, namusunu qoruyan qadındır.
Yaxşı adamlar əhli-əyalına yaxşı olanlardır, mən əhli-əyalıma yaxşı baxıram; ancaq alicənablar qadınları yüksək tutar, onlara hörmət edər, ancaq rəzillər, alçaqlar qadınları ucuz tutar.
Yaxşılarınız, qadınlarınıza yaxşı baxanlardır.
Kişi yalnız arvadına, arvad da kişisinə yaxşı baxarsa Allah ikisinə də rəhm gözü ilə baxar; kişi arvadının əlindən tutarsa, ikisinin də günahları barmaqlarının ucundan tökülüb gedər.
Halal qadını boşamaq Allaha xoş olmayan əməllərdəndir.
Zir-zibil olan yerdə bitən göy-göyərtidən çəkinin, yəni pis yerdə, pis şəraitdə böyüyən gözəl qadından uzaq olun.
Evlənin, boşamayın, boşanmayın, çünki Allah nə əxlaqı yüngül kişiləri sevir, nə də əxlaqı yüngül olan qadınları.
Şübhəsiz ki, Allah boşamağı, boşanmağı sevməz, bunlardan ikrah olar, Allah kənizlərin, kölələrin azad edilməsini sevər.
Doğmayan qadını gözəl olsa da boşayın, çalışın çox doğan zənci qadınlarla da həyat qurun, çünki mən, qiyamət günü başqa ümmətlərə nisbətən sizin çox olmağınızla öyünəcəyəm.
Övladlarınız arasında oğlanla qıza fərq qoymayın, fərq qoymaq lazım gəlsəydi, mən qızları üstün tutardım.
Pis, əxlaqsız bir qadın quyunun başında susuzluqdan ölümcül hala düşmüş bir köpəyi görür, o, başından yaylığını açır, ayağından çustunu çıxarır, çustunu yaylığına bağlayıb quyuya sallayır, su çəkib köpəyi suvardır. Buna görə də Allah həmin qadının günahlarını bağışlayır.