Səhv fərziyyələr

Son güncelleme: 22.03.2010 07:49

  • * Tapmış olduğum dinamit bizə sülhün qapılarını, şübhəsiz ki, minlərlə sülh konfransından daha təsirli bir şəkildə açacaq. İnsanlar orduların bir anda dinamitlə yox olub getdiklərini anlayınca ən xeyirli yolun qızıl dəyərindəki bir sülh olduğunu da artıq dərk edəcəklər. ( Alfred Bernhard Nobel - İsveçli sənayeçi, dinamitin icadçısı və Nobel mükafatlarının qurucusu - 1890)

    * Rusiya bizi riyaziyyatda da, ictimai elmlərdə də keçməkdədir. Əgər bu gün olan keyliyimizi dərhal tərk etməsək, 1975-dən etibarən ABŞ-ın Sovet Sosialist Respublikaları Birliyinin bir üzvü olmasını gözləmək məqbul görünməkdədir. ( Corc R. Price - Atom bombası proyektində vəzifə almış fizik və Amerikan Elmin İrəliləməsi Dərnəyi üzvü - 18.11.1957)

    * İki Yankee professorunun yalan danışmış olduqlarına, göydən daşların yağmış olduğundan daha rahat inanaram. ( Tomas Cefferson - Amerikalı iki astronomun Connecticutda tapdıqları bir meteoritin kosmosdan gələn bir daş parçası olduğuna dair nəzəriyyəsinə reaksiya göstərən Amerikan Fəlsəfə Dərnəyi Prezidenti - 1807)

    * Bığlarınızı təraş etdiyinizdə gözlərinizin də zəiflədiyi elmi bir faktdır. ( William Alfalfa Bill - Murray; A. B. Ş. Oklahoma Qubernatoru, 1932)

    * Atomların varlığına və bunun kimi digər bəzi anlayışlara necə inanmıramsa, Rölativite Nəzəriyyəsinə də inanmıram. (Ernst Mach, Viyana Universiteti Fizika Professoru - 1913)

    * İnsanların evlərində kompüter olması nə deməkdir? Məncə heç kimin evinə kompüter alması üçün hər hansı bir etibarlı səbəbi ola bilməz. (DEC şirkəti prezidenti Ken Olsonun 1977-ci ildəki bir şərhindən)

    *Televiziya ən gec altı ay içində bazardan silinəcək. İnsanlar hər axşam belə bir qutuya baxmaq istəməzlər. (Daryik F. Zanuck Twentieth Century Fox 'un prezidenti, 1944)

    * İnsanların böyük bir əksəriyyəti üçün siqaret çəkmək son dərəcə faydalı və sağlamlıq baxımından faydalı bir şeydir. (Doktor Ian g. Macdonald - 18 Noyabr 1963. Los Angelesli mütəxəssis, cərrah)

    *Artıq yeni heç bir şey yoxdur. İcad edilə biləcək hər şey icad edildi. (Charles Duell-Amerikan patent dairəsi prezidenti, 1899)

    *Keçən bir il içində avtomobilin quruluşunu dəyişdirəcək hər hansı bir irəliləmə olmadığını göz önünə gətirsək, bu icadın da inkişaf və təkamülünü tamamladığı nəticəsinə gələ bilərik.( 2 Yanvar 1909 - Scientific American jurnalı )

    *Atlar hər vaxt istifadə ediləcək. Avtomobil isə ancaq keçici bir moda ola bilər. (Henry Fordun kredit tələbinə görə avtomobil sektorunun gələcəyi mövzusunda ekspertiza verən bir bank müdiri, 1903 /Henry Ford ilk avtomobilini düzəltdiyində sürət qutusunda geri çarx qoymağı unutmuşdur.)

    *Bu mübarizədən atın qalib çıxacağına inanıram. Avtomobil yalnız gəlib keçici bir həvəs olacaq. (Alman İmperatoru II. Wilhelm 1905-ci ildə)

    *"Hamınız boş-boş danışırsınız. Tanrı eşqinə, bir aktyorun ya da aktrisanın danışmalarını eşitməyi kim istəyər ki?.." ( Henry M. Warner - 1927. Səssiz kino dövrünün film prodüserlərindən...)

    *"Televiziya məncə çox təlimatçı bir icaddır. Nə vaxt biri televiziyanı açsa, dərhal yan otağa keçib kitab oxuyuram. "( ABŞ-lı komediya ustası qardaşlar Marx Brothersdən Groucho Marx )

    *Radionun gələcəyi yoxdur. (Lord Kelvin - Şotlandiyalı fizika adamı)

    *"ENIAC"-dakı kalkulyatorun 18 min lampadan düzəldildiyini və 30 ton ağırlığında olduğunu düşünsək kompüterlər də min lampadan meydana gələcək və 1,5 ton ağırlığında olacaq." ( "Popular Mechanics" adlı elm jurnalı - 1949 )(ki o dövrdə təxminən ağırlıqları 1,5-2 tondur.)
#22.03.2010 07:49 0 0 0