Andalusiya - İspaniya

Son güncelleme: 23.03.2010 11:06
  • İspaniya - Ölkələrinə görə coğrafiya - İspaniya şəhərləri - İspaniya qaralamaları - Coğrafiya qaralamaları

    noimage

    Andalusiya və ya Əndəlus - İspaniyanın cənubunda tarixi vilayət. Sahəsi 87,3 min km2. Əhalisi 8 mln. nəfər (2007). Andalusiya inzibati ərazisinə 8 əyalət (Almeyra, Qranada, Kadis, Kordova, Malaqa, Sevilya, Uelva və Xaen) daxildir. Paytaxtı və əsas şəhəri Sevilyadır.

    Ərazisinin çox hissəsini Qvadalkvivir çayı hövzəsindəki Əndəlus ovalığı tutur. Şimaldan Syerra-Morena, cənub və şərqdən Əndəlus dağları ilə əhatələnir. VIII əsrin əvvələrində ərəblər bütün işğal edilmiş İspaniyanı əl-Əndəlus adlandırmışdılar. Rekonkistanın gedişində Əndəlusun çox hissəsi ərəblərdən geri alındı (XIII əsr). Orta əsrlərdə sənətkarlıq və ticarət xeyli inkişaf etmiş, iri torpaq sahibliyi geniş yayılmışdı. Qranada əmirliyi ərəblərdən geri alındıqdan (1492) sonra Əndəlus bütünlükdə İspaniya krallığına daxil edildi.
#23.03.2010 11:06 0 0 0