İtaliya adaları - İtaliya coğrafiyası - Ölkələrinə görə şəhərlər - İtaliya qaralamaları
Bölgə
Lombardiya
Ərazi
182 km²
Əhali
1.304.183 nəfər (2007)
Əhali sıxlığı
7.163 [1] nəfər/km²
Telefon kodu
+02
Poçt indeksi (Mərkəzi PŞ)
20100, 20121-20162
Bələdiyyə başçısı
Letisia Moratti
Milan (it. Milano, lat.Mediolanum - "düzənliyin mərkəzi" və ya "çölün ortası", al. Meiland) İtaliyanın ikinci böyük şəhəri, Lombardiya əyalətinin paytaxtı.
Milan - moda paytaxtı, yüksək incəsənət mərkəzidir. Burada Avropa qotikasının şedevri olan Duom kilsəsinin şpilləri göylərə ucalır. Milanda Leonardo Da Vinçinin qiymətsiz əsəri olan "Sirli şam yeməyi" saxlanılır.
Milan italyanları və xariciləri öz məşhur tədbirləri - moda nümayişləri, müxtəlif sərgilər, çoxsaylı idman və mədəni hadisələrlə cəlb edir. Duom kilsəsi, Viktor Emmanuil qalereyası və La Skala teatrı burada yerləşir. Milanın Duom meydanında bir neçə diqqətəlayiq abidə var - kilsə, Viktor Emmanuil abidəsi, Emmanuil qalereyası.
Duomo kilsəsi Milanın əsas görməli yeridir. Hər gün saat 9.00-12.00 və 14.30-18.00 kimi açıq olur. Kilsənin tikintisinə 1386-cı ildə başlansa da, o 1813-cü ildə başa çatdırılmışdır. Kilsə dünyada qotika üslublu ən böyük kilsələrdən biridir.
Erkole Roza tərəfindən inşa edilmiş Viktor Emmanuil abidəsi Duomo meydanının mərkəzi və turistlərin görüş yeridir.
Viktor Emmanuil qalereyası zəfər tağı motivli girişlə başlanır və getdikcə şüşəli küçələrlə davam edir. Bu gün bu qalereya şəhərin mədəni həyatının mərkəzi hesab olunur. Burada məşhur kitab mağazaları, kafe və restoranlar yerləşir. Qalereyanın mərkəzi günbəzinin altında isə mozaikalı öküzü görmək olar. Hesab edilir ki, əgər 3 dəfə saat əqrəbinin əksi istiqamətində onun başına dolansanız arzunuz yerinə yetəcək.
Coğrafiyası
Milan şəhəri Italiyanın şimalında, Padana düzündə (it. Pianura Padana), Olona və Lambro çaylarının əhatəsində yerləşmişdir.
Milanın Memarlıq abidələri
* Milan kafedralı (it. Duomo di Milano)
* Müqəddəs Ambroze bazilikası (it. Basilica di Sant'Ambrogino)
* San Lorens Major (it. San Lorenzo Maggiore)
* Santa-Маriya-delle-Qrasia (it. Santa Maria delle Grazie)
* Sforçesko qəsiri (it. Castello Sforzesco)
* La Skala (it. Teatro alla Scala или La Scala)
Nəqliyyat
Malpensa Hava Limanının görnüşü
Mərkəzi Milan Vağzalı
Milan adətən İtalyanın ən böyük avtomobil magistralı qovşağı sayılır. Belə ki, A1 (Roma - Neapol), A4 (Turin - Triest), A7 (Genua), A8/A9 (İsveçrə) və dairəvi A50(qərb)/A51(şərq)/A52(şimal) avtomobil magistralları məhz burada kəsişirlər.
Hava nəqliyyatı
Milan iki Malpensa və Linate beynəlxalq hava limanına malikdir. Milandan bir qədər aralı Varezdə yerləşən Malpensa Beynəlxalq Hava Limanı eyni zamanda tranzit uçuşlar üçün bir qovşaqdır. Şəhərlə intensiv dəmir yol bağlantısı (Malpensa express) vardır. Linate Hava Limanı şəhər çərçivəsində yerləşmiş xüsusən avropadaxili və yerli uçuşlara, "Orio al Serio bei Bergamo" isə daha kiçik hava limanı olub əsasən ucuz, çarter uçuşlara və yök daşımalara xidmət göstərir. Milanın hava limanları ildə 30 million sərnişin daşıma gücünə malikdir.
Dəmir yol nəqliyyatı
Mərkəzi Milan (it. Milano Centrale) — 1931 ci ildə tikilmiş, Avropanın ən böyük dəmir yol vağzallarından sayılır. Vağzal Art Deco üslubunda inşa edilmişdir. Kümbəzinin uzunluğu 341 m, sahəsi 66.500 m², binanın fasadı 200 m, hündürlüyü 72 m dir. 24 platformaya və gündəlik 330 000 nəfər sərnişin dövriyyəsinə malikdir. "S" (Suburban Railway Service) dəmir yol xidməti 8 xəttə malik olub əsasən şəhərətrafı, şəhərlərarası və "R" regional sərnişin daşımalarını əhatə edir.
İctimai nəqliyyat
Milan traleybusu
Avropada böyük tramvay və traleybus şəbəkəsinə malikdir.
Traleybus xətti
* 90: Dairəvi saat əqrəbi istiqamətində
* 91: Dairəvi saat əqrəbi əksi istiqamətində
* 92: viale Isonzo - Bovisa FN
* 93: viale Omero - piazzale Loreto