Həqiqətin ağzı - İtaliya

Son güncelleme: 23.03.2010 12:06
  • İtaliya adaları - İtaliya coğrafiyası - Ölkələrinə görə şəhərlər - İtaliya qaralamaları

    noimage

    Məzmunu və tarixçəsi

    "Həqiqətin ağzı" (it. Bocca della Verità) — üzərində Triton (və ya Okean) təsvir olunmuş antik dairəvi mərmər üzlükdür. Təxminən b.e.ə. IV əsrə aiddir. XVII əsrdən etibarən Romanın Müqəddəs bakirə Məryəm (it. Santa Maria in Cosmedin) kilsəsinin girişində qoyulmuşdur. 1,75 m diametrə, 19 sm qalınlığa, 1200-1300 kq çəkiyə malik bu üzlük çox güman ki, hər hansısa fəvvarənin bir hissəsi olmuşdur. Orta əsrlərdən etibarən yalan detektoru kimi tanınır: belə ki yalançı əlini onun ağzına soxarsa, ilahi onu dişləyə bilər. Bir çox məhşur filmlərin ("Roma tətilləri"-(in."Roman Holiday")-Uiyam Uayle ( baş rolda: Odri Ketlin), "Şirin həyat"-(it. "La Dolce Vita")-Federiko Fellini ( baş rolda: Marçello Mastroianni), "Dəlicəsinə vurulmuş"-(it. "Innamorato pazzo")-Kastellano, Pipolo (baş rollarda: Adriano Çelentano və Arnella Muti))rejisorları "Həqiqətin ağzı"na dəfələrlə müraciət etmişlər.
    [redaktə / تحریر] Mənbələr

    * Falk Spirallo Reiseführer Rom, Auflage 2007
    * Rom, DuMont Reiseverlag, Auflage 2006
    * Henze, Anton Kunstführer Rom, Auflage 1994 ISBN 3-15-010402-5


#23.03.2010 12:06 0 0 0