Pərvan - Əfqanıstan

Son güncelleme: 23.03.2010 15:55
  • Əfqanıstan şəhərləri - Asiya paytaxtları - Əfqanıstan qaralamaları - Kabil - Əfqanıstan vilayətləri


    Pərvan Vilayəti - Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri . Vilayətin sahəsi 5.974 kv.km. , 2006 - cı ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 560.8 min nəfər , inzibati mərkəzi Çahariqar şəhəridir .[1] Əhalisinin etnik tərkibi puştunlardan (vilayətdə Vardak puştun tayfası məskunlaşıb , Vardak tayfası Qılzay tayfa ittifaqına daxildir və kompakt halda Surxi Parsa rayonunda yaşayırlar) , taciklərdən (əksər rayonlarda yaşasalar da yalnız Salanq rayonunda əhalinin çoxluğunu təşkil edirlər) , qızılbaşlardan (komakt halda Şeyx Əli və Surxi Parsa rayonlarında yaşayırlar - Nadir Şah tərəfindən Azərbaycandan bura köçürülmüşlər) , kuçilərdən (əsasən Çahariqar rayonunda yaşayırlar) , xəzərilərdən[2] (kompakt halda Çahariqar və Qorbənd rayonlarında və az sayda digər rayonlarda yaşayırlar) , özbəklərdən (əsasən Çahariqar rayonunda yaşayırlar) , safilərdən (əsasən Kohi Safi rayonunda yaşayırlar) və şinvarilərdən (əsasən Şinvari , Cəbəlüsaray və Qorbənd rayonlarında yaşayırlar) ibarətdir .[3] Vilayət inzibati cəhətdən Bağram , Çahariqar , Qorbənd , Cəbülsaray , Kohi Safi , Salanq , Səyid Xel (və ya El) , Şeyx Əli , Şinvari və Surxi Parsa rayonlarına bölünür .
#23.03.2010 15:55 0 0 0