Əfqanıstan şəhərləri - Asiya paytaxtları - Əfqanıstan qaralamaları - Kabil - Əfqanıstan vilayətləri
Pəncşir Vilayəti - Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri .
Coğrafiyası
Vilayətin ərazisi 3.610 kv.km. , 2006 - cı ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 130.4 min nəfər , inzibati mərkəzi Bazaraq şəhəridir .[1] Pəncşir vilayəti Əfqanıstanın 34 - cü vilayəti olaraq 13 aprel 2004 - cü ildə yaradılmışdır .[2]Pəncşir vilayəti Əfqanıstanın şərqində Əfqanıstan - Pakistan sərhəddi yaxınlığında yerləşir . Vilayət Bəğlan və Təxar vilayətləri ilə , cənubda Lağman və Kapisa vilayətləri ilə , şərqdə Bədəxşan və Nuristan vilayətləri ilə , qərbdə isə Pərvan vilayəti ilə həmsərhəddir .[3]
Əhalisinin etnik tərkibi
Əhalisinin etnik tərkibi əsasən taciklərdən , xəzərilərdən , paşayilərdən , nuristanilərdən , Qılzay İttifaqına daxil olan puştunlardan və az sayda digər xalqların nümayəndələrindən ibarətdir .[3]
Taciklər sünni - islam etiqadlı farsdilli xalqdır . Əsasən dari (digər adı farsi - kabulidir) dilində danışırlar . Vilayətin Salanq rayonunda əhalinin çoxluğunu təşkil etməklə yanaşı digər rayonlarında da yaşayırlar .[3]
Xəzərilər şiə - islam etiqadlı türk (faktlara əsasən yüksək ehtimalla şərqi türk) kökənli xalqdır .[3] Əsaən kompakt şəkildə vilayətin Hisa-i-Avali Pəncşir və Hisa-i-Duvumi Pəncşir rayonlarında taciklərlə qarışıq halda yaşayırlar .[3]
Nuristanilər vilayətdə kata tayfası ilə təmsil olunmuşdur .[3] Bu tayfa Hisa-i-Avali Pəncşir rayonunun cənub - şərqində yaşayır .[3]
Paşayilər Dravid dil ailəsinə aid bir dildə danışırlar .[3] Onlar vilayətin Hisa-i-Duvumi Pəncşir rayonunun cənub - şərqində məskunlaşıblar .[3]
İnzibati quruluşu
Pəncşir vilayəti inzibati cəhətdən Salanq , Pəncşir , Hisa-i-Duvumi Pəncşir və Hisa-i-Avali Pəncşir rayonlarına bölünür .