Qadın olmaq çətindir

Son güncelleme:
  • Ağıllı, müvəffəqiyyətli və özünə güvənən qadın, bir çox kişinin diqqətini çəkər. Ancaq nə qəribədir ki, yenə eyni kişi öz sevgilisini ya da yoldaşını bir çox mövzuda məhdudlaşdırar.

    Buna görə dolana bilməyən cütlər var. Qadın daha çox maaş aldığı üçün, daha aktiv olduğu üçün evdə döyüş çıxar. Qadın hər yerə girib çıxdığı, praktik və ağıllı olduğu üçün, özünü əzik hiss edib buna dözüm edə bilməyən kişilər. Buna görə bir çox qadınında özündən çox şey verdiyini və əslində heç də güzəşt vermək məcburiyyətində olmadığı mövzularda səssiz qaldığı, dincliyimiz qaçmasın deyə sinəyə çəkdiyi, xəyallarından imtina etdiyi o qədər çox şey var ki... Bunu bir dəfə yoldaşının üzünə vurmaz amma kişi, yoldaşı üzündən bir dəfəcik həyatında bir dəyişiklik etdisə "Bax dediyini etdim nə oldu" deyə giley edər. Halbuki kişinin öz başına qərar verib etdiyi o qədər çox səhv vardır ki...
    Bu hər kişi üçün etibarlı deyil təbii ki amma bir çox ailədə bu cür şeylər yaşandığını bilirəm.

    Qadınları, Qadın olmağı sevirəm və bir Qadının müvəffəqiyyətini gördükcə mənim müvəffəqiyyətimmiş kimi sevinir, qürur duyuram.
    Ümid edirəm bir gün kişilər də yoldaşlarını alçaltmaq yerinə, onlarla qürur duymağı öyrənərlər.
0 0 0