Dinimizdə qadının dəyəri

Son güncelleme: 24.03.2010 13:37
  • 19-cu əsrdə Fransanın din xadimləri uzun uzadı müzakirələrdən sonra belə bir qərara gəliblər ki qadın da insandır,amma kişiyə xidmət üçün yaranmışdır.
    İngiltərədə 1856-cı ilə qədər əhalinin siyahıya alınmasında qadınlar sayılmırdı.Bu ölkədə 1880-ci ildə qadına mülkiyyət hüququ verilmişdi.
    "Mədəni almanlar" 1900-cü ildə , İsveçrə 1907,İ taliya isə 1919-cu ildə qadına mülkiyyət hüququ vermişdir.
    İslam dini isə hələ 14 əsr bundan əvvəl qadına hüquq bəxş etmişdir.Quran bu barədə buyurur: "Allahdan birinizin digərindən üstünlüyünü arzulamayın.Kişilərin öz qazandıqlarından payları olduqları kimi,qadınların da öz qazandıqlarından payları var."(En-Nisa 32)
    "İstər qadın olsun istər kişi heç birinin əməllərini zay etmərəm,sizin hamınız bir birinizdənsiniz.Yəni,hamınız Mənim nəzərimdə bərabər hüquqlusunuz."
    Peygəmbərimiz belə buyurub: "Hər kəs qadınların hüquqlarını tapdalayarsa Allahın lənəti ona olsun" Qız övladları haqda isə belə buyurub: "Qızlarıniza xoş sözlər deyib onları əzizləyin" "Öz qızını əzizləyib şad edib sevindirən 1 kəs sanki İsmayıl peyğəmbərin övladlarından birini azad etmişdir"
    Hz.Ali (ə) buyurub: "Hər 1 halda qadınlara mülayim və güzəştli olun"
    Hər bir qadının namusu onun kişisindən asılıdır.C.Məmmədquluzadənin belə 1 sözünü xatırlasaq yerinə düşər: "Azərbaycan qadini örpəyini çıxarıb atanda Azərbaycan kişisi sevincindən papağını nece göyə tulladısa hələ də tapa bilmir" Əslində yumor qarışıq bu sözdə nə qədər acı həqiqətlərin yatdığını hamımız aydın görürük.Gəlin qızlarımıza baxanda onların əxlaqını görək.Hətta ən əxlaqsıza belə sahib çıxıb qoruyaq ki cəmiyyətimiz bir Anasını daha itirməsin.İmanımızı gücləndirək çünki bəndənin Allaha imanı artdıqca qadınlara hörmət və məhəbbəti də artar.
#24.03.2010 13:37 0 0 0