Dodaq boyası

Son güncelleme: 26.03.2010 13:59
  • noimage

    ABŞ-ın Kaliforniya ştatında kişiləri sevindirəcək bir kosmetika məhsulu hazırlanıb.
    "Mood Swing Emotionally Activated Lir Gloss" adlı yeni dodaq boyası qadınların ürəyindən keçənləri kişilərə göstərəcək. Belə ki, kişi dodağına baxdığı qadının onunla bərabər olmaq istəyib-istəmədiyini anlayacaq.
    Dodaq boyasının özü çəhrayı rəngdədir. Qadın qarşısındakı kişiyə qarşı şəhvət hissi keçirdikdə isə rəng qırmızıya çevrilir.

    Pomada ilə bağlı müxtəlif şərhlər var. Bəziləri bunu yaxşı kəşf kimi qiymətləndirir, cütlüklər arasındakı yaxınlaşmaya kömək edəcəyini düşünürlər. Eşq-məhəbbət düşkünləri bu boyanın utancaqlıqdan hisslərini aça bilməyən qızlara kömək edə biləcəyini deyir. Dodaq boyasının əks-effekti də qızları indidən narahat edir. Misal üçün, avtobusda yanındakı adama maraq göstərən qızın yəqin ki, tək dodağı yox, üzü də qızaracaq.
    Dodaq boyasının qiyməti 22 manatdır.
#26.03.2010 13:59 0 0 0