Həzrəti Məhəmməd (s.ə.s) peyğəmbər"iç orqanları təmizləyər" deyərkən daha əsrlər əvvəlində qovunun qanı təmizləyici xüsusiyyətini izah etmiş. İndiki vaxtda Avropa və Amerikada həkimlər tərəfindən faydaları qeydiyyat edilən qovunun ən əhəmiyyətli xüsusiyyəti qandakı zəhərli maddələri atması.
Qovunu, İbni Sina və Davudu Antaki kimi köhnə həkimlər də tərifləmiş və faydalarını əsərlərində izah etmişlər. Qovunun yüzdə doxsanbeşini su meydana gətirər. A, B 1, C vitaminləri, meyvə şəkəri, sellüloza , azotlu və yağlı maddələr də var. Qovun həm kişinin, həmdə qadının dərisini təzələyər, ona canlılıq və gözəllik qazandırar. Adı estetik tarixinə keçən məşhur gözəllərin və artistlərin bir çoxu dərilərindəki gərginlik və təzəliyi qovuna borclu olduqlarını söyləyirlər.
NECƏ ALACAQSINIZ?
1. Yaxşı qovun ağır olar. Əlinizdə yoxlayın, ağır olanı alın.
2. Yumru qovunun sapı, çəkdiyiniz zaman asan qopursa yaxşı qovundur.
3. Qırxağaç qovunu isə dibinin sarıya çalması lazımdır.
4. Bir qovun nə qədər yumşaqsa içi o qədər də turşulaşmış deməkdir. Qovunun yumşağına yanaşmayın.
5. Novbar qovunlar ləzzətsizdir. Qovunu, mövsümün başlanğıcından bir ay sonra yeyin ancaq o zaman ləzzət qazanar.
NECƏ YEMƏKSİNİZ?
Qovunu ümumiyyətlə yeməklərdən sonra yemək kimi bir vərdişimiz varsa. Qovunu yeməklərdən əvvəl yeyin.
FAYDALARI
Qanı zəhərlərdən təmizləyər.
İştah açar,
Bağırsaqları yumşaq saxlayar,
Sinirləri yatırar və rahat bir yuxu təmin edər,
Böyrəklərdəki qum və daşların tökülməsinə kömək edər,
Romatizm ağrılarını yüngülləşdirər,
Yüngül yanıqları yaxşılaşdırar,
Göz soyuqdəyməsini önləyər. Bağırsaqlarında xora ya da iltihab olanlarla, şəkər xəstələri və yüksək təzyiqi olanlar yeməməlidir.