İnsanlığı öyrət ona

Son güncelleme:
  • Eşq ağrısı çəkmənin heç aşiq olmamaqdan daha gözəl bir duyğu olduğunu öyrət. Öz doğruları üzərindən kimsənin onu mühakimə etməsinə icazə verməməsi lazım olduğunu öyrət, başqalarını da öz doğruları üzərindən mühakimə etməməyi... Bunun başqalarını dinləməmək olduğunu deyil deyilənləri öz ələyindən keçirməsi lazım olduğunu öyrət. Öz fikirlərinə inanmanın gözəlliklərini izah et.

    Həyatı sorğulamağı öyrət ona... Məlumatın ən böyük güc olduğunu öyrət. Edə bilsə bunu ən böyük qiymətə satmasını amma ürəyini və ruhunu özünə saxlaması lazım olduğunu öyrət. Haqlı olduğu mövzuda sonuna qədər dirəşməsini öyrət və haqlıykən dik dayanmasını.

    Günün birində etdikləri deyil etmədikləri üçün peşmanlıq duya biləcəyini öyrət. Sadə yaşaması lazım olduğunu öyrət ona çay içməkdən ləzzət almağı... 'İstəmirəm' 'xeyr' deməyi öyrət ona istədiyində isə 'istəyirəm' deməyi... Sevdiyində isə 'səni sevirəm' deyə bilməyi öyrət ona. Bir cins şalvar və köynəklə universiteti bitirməyi öyrət ona. Təmiz iy verməsini...

    Sorğusuz sevməyi... Əl yazısı ilə qeydlər yazmağı... Sevdiklərinin heç bir zaman çantada kəklik olmadığını dostluğa sərmayə qoyması lazım olduğunu qiymətini bilməyənlərdən uzaqlaşmasını öyrət ona. İşlərin heç bir zaman bitmədiyini söylə ona ən sıx zamanda belə özünə vaxt ayırması lazım olduğunu öyrət... Amma ən çox da özünü sevməsini öyrət... Özünü sevməzsə kimsənin onu sevməyəcəyini... Özünə çiçək almazsa kimsədən çiçək gözləməməsi lazım olduğunu... Özünə diqqətli yeməklər edib süfrələr qurmazsa kimsənin onun üçün yemək hazırlamayacağını...
0 0 0