Forbes jurnalının açıqlamasına görə Milyarderlər Klubu keçən il krizis nəticəsində öz var-dövlətinin yarısını itirib. Belə ki, dünyadakı bütün milyarderlərin var-dövlətinin ümumi miqdarı 4,2 trilyondan 2,2 trilyona qədər azalmışdır.
Bundan başqa, dünyadakı milyarderlərin sayı 1125 nəfərdən 793 nəfərə qədər azalmışdır.
Azərbaycanlı Mübariz Mənsimov ən gənc milyarder kimi siyahıya yeni daxil olub. lakin, Mübariz Mənsimov siyahıya Azərbaycan yox Türkiyə vətəndaşı kimi daxil olub.
Dünyanın ən varlı şəxsi titulunu isə yenə də 53 yaşlı Bil Qeyts (William H. Gates III) özünə qaytarıb. İndi onun 40 milyard dollar pulu var. Onun əsas rəqibi və siyahının köhnə lideri Uorren Baffet krizis nəticəsində 25 milyard dollar itirərək siyahıda yenə ikinci yerə düşüb.
78 yaşlı Uorren Baffetin indi 37 milyard dollar var-dövləti var.
3cü yerdə telekomunikasiya sahəsində dünyada məşhur olan, 69 yaşlı meksikalı Karlos Slim (Carlos Slim Helu) gəlir.
Oracle şirkətinin rəhbəri 64 yaşlı Lourens Ellison (Lawrence Ellison) 22,5 milyard dollarlıq var-dövlətlə siyahıda 4cüdür.
5ci yerdə 83 yaşlı İsveçli İnqvar Kampraddır (Ingvar Kamprad). O İkea şirkətinin banisidir. Onun 22 milyard dollar var-dövləti var.
Almaniyanın ən varlı şəxsi Karl Albrext (Karl Albrecht), 89 yaşındadır, Aldi Sud şirkətinin rəhbəridir. O 21,5 milyard dollarla siyahıda 6cıdır.
Mukeş Ambani (Mukesh Ambani), 51 yaşındadır, Hindistanlıdır. O 19,5 milyard dollarla siyahıda 7cidir.
Hindistanlı Lakmşi Mittal (Lakshmi Mittal), 58 yaşındadır, ArcelorMittal şirkətinin rəhbəridir. 19,3 milyard dollarla siyahıda adı 8cidir.
Almaniyanın ən varlı şəxsinin balaca qardaşı Teo Albrext (Theo Albrecht), 87 yaşındadır, Aldi Nord şirkətinin rəhbəridir və 18,8 milyard dollarla Forbesin cədvəlində 9cu yerdədir.
Forbesin cədvəlində 10cu yerdə ispaniyalı Amansio Orteqadır (Amancio Ortega). 73 yaşlı ispan 18,3 milyard dollar var-dövlətə malikdir.