Insan münasibətlərinin ən dərin və mürəkkəb cəhətləri sözlə ifadə olunur.Nitşenin sözləri ilə desək danışıq dilində sözlərin özündən çox onun tələffüzü,tonu,surəti təsir gücünə malikdir.Başqa sözlə desək bu söz arxasında gizlənən musiqi,musiqi arxasında gizlənən ehtiras,ehtiras arxasında gizlənən şəxsiyyətdir ki,bunların hamısı yazıda öz əksini tapmır.
Latın amerikalıların,ərəblərin demək olarki hamısı ünsiyyət zamanı 1 -1inə toxunurlar.Halbuki yaponlar üçün bu qəbul olunmazdır.Onlar elə hesab edirlər ki yalnız özünə nəzarəti itirən şəxs bu cür davrana bilər.Əgər yaponlarla ünsiyyət zamanı onun kürəyinə toxunsan əmin ola bilərsənki artıq onun nifrətini qazanmısan.
Amerikalılar yüksəkdən danışırlar.Onlar çox həyat sevərdirlər.Hər kəs evdə,küçədə,işdə gülümsəyir.Onlar xeyirxah,hətta bəzən əli açıqdırlar.Onlar ən bahalı kitabı hədiyyə edərlər,lakin 5 dollarlıq qalstuk verməzlər.Onlar elə hesab edirlər ki qalstuku hər kəs öz zövqünə görə almalıdır.Onlar düzgün və dəqiqidirlər və formallığa varmadan birbaşa işgüzar söhbətə başlayırlar.Onlar nitq mədəniyyətinə xüsusi diqqət yetirirlər.
İngilislər isə sakit tonal danişmağı xoşlayırlar.Onlar özünü ələ almağı insan xarakterinin ən yüksək keyfiyyəti sayırlar.Hesab edirlər ki,sevincli və qəmli,uğurlu və uğursuz vaxtlarında insan özünü ələ almağı bacarmalıdir.Heç olmasa zahirən.Hələ körpəlikdən uşaqlara soyuğa və aclığa dözməyi,sakit yanaşmağı,antipatiya və simpatiyanı büruzə verməməyi öyrədirlər.Dünyada heç 1 xalq ingilislər kimi vaxtını və pulunu dəqiq bölə bilməz.İngilis harda olur olsun o məhz ingilisdir.
Misirlilərin adi danışığı isə mübahisə kimi görünür.İki misirli bir birilə danışarkən adamda elə təəsürat yaranır ki,onlar dalaşırlar.Halbuki onlar kimin evinə qonaq getməyin zəruri olduğunu həll edirlər.Əgər misirli sizi evinə qonaq çağırarsa ən azı 10 dəfə mədəni şəkildə təklifdən imtina edib sonra razılaşmalısınız.
Yaponların ünsiyyət və münasibəti başqa xalqlara qəribə gələ,eqzotik təsir bağışlaya bilər.Onlar hətta telefon söhbəti zamanı tez tez baş əyirlər.Küçədə tanışına rast gəldikdə onlar ən sıx yerdə belə yarıya qədər əyilib salamlaşırlar.Yaponlar adi danışıqlarda belə "yox" sözündən qaçırlar.Sanki yox sözü onlar üşün söyüş mənasını ifadə edir.Onlar qısa və konkret danışmağı xoşlamırlar.Tarixən eyhamla,iki başlı danışmağa adət ediblərki,bununla 1 başa qarşıdurmadan qaçırlar.Bununla belə yaponlar çox vaxt susurlar.Hətta atalar sözlərindən biri belədir: "Susmaq ən gözəl danışmaqdır".